Logo
    85 illik Enigma mesajını GPT-6 Astra süni intellekti 2 günə açıb

    85 illik Enigma mesajını GPT-6 Astra süni intellekti 2 günə açıb

        “GPT-6 Astra” süni intellekt modeli 85 il əvvəl “Enigma” ilə şifrələnmiş MVUEH mesajını 2 gün ərzində açıb. Alman ordusu bu radio mesajını 10 iyul 1941-ci ildə “SS-Totenkopf” diviziyasına göndərmişdi. Şifrəli mətn 2005-ci ildə internetdə araşdırmaçılarla paylaşılsa da, həmin vaxtdan bəri oxunmamışdı. Tədqiqatçılara görə, eyni işi insanın görməsi həftələr, hətta aylar çəkə bilərdi.
    85 illik Enigma mesajını GPT-6 Astra süni intellekti 2 günə açıb
        Modelə internetdə yayımlanan və hələ açılmayan “Enigma” mesajlarından birini həll etmək tapşırılıb. “Astra” 172 nömrəli MVUEH mesajını seçərək onu 173 nömrəli SIPVX mətni ilə əlaqələndirib. Model açılmış mətndə “ROSENOW ROSENOW” ifadəsinin təkrarlana biləcəyini ehtimal edib. Sonra “Python” və “C++” dillərində “Enigma” simulyatoru, eləcə də şifrəni açmağa kömək edən “Bombe” proqramı hazırlayıb.
        MVUEH mətni 82 şifrəli hərfdən ibarət olub. Açılan mesajda yürüş marşrutunun göndərilməsi istənir. Mesajı göndərən şəxs Rosenowda olduğunu deyir və dərhal radio ilə cavab gözləyir. Orijinal mətnin əvvəlində yazı səhvi də olub. Bu detal əvvəlki şifrə açma cəhdlərini çətinləşdirib.
    85 illik Enigma mesajını GPT-6 Astra süni intellekti 2 günə açıb
        “Enigma” maşınında 26 düymə və eyni sayda işıqlı hərf vardı. Düyməyə basılanda siqnal 3 fırlanan rotordan və reflektordan keçirdi. Hər basmadan sonra rotorların mövqeyi dəyişirdi. Ön paneldəki birləşdirmə lövhəsində 10-dək kabel qoşaraq hərflərin yerini yenidən dəyişmək olurdu. Mesajı oxumaq üçün rotorların sırası, halqa ayarı, başlanğıc mövqeləri və panel bağlantıları daxil olmaqla 4 parametr bilinməli idi.
        Modelin şifrəni necə belə tez açdığı hələ tam aydın deyil. Araşdırmaçılar indi əməliyyat qeydlərini yoxlayırlar. Nəticə ayrıca kriptoanaliz səhifəsində göstərilib. Eyni model bundan 1 həftə əvvəl ADFGVX üsulu ilə qorunan və 108 il açılmayan başqa bir Almaniya radio kodunu da həll etmişdi. Vaxtilə “Enigma” və “Lorenz” şifrələrini açmaq üçün görülən işlər ilk ümumi təyinatlı rəqəmsal kompüterlərin yaranmasına təsir etmişdi.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...