AAIF təşəbbüsü sənayenin nəhənglərini bir araya gətirir!
Süni İntellekt
10.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, süni intellektin sadəcə çatbotlardan daha mürəkkəb agent sistemlərinə keçid etdiyi bir dövrdə Linux Foundation yeni bir təşəbbüs olan Agentic AI Foundation (AAIF) yaratdığını elan edib. Bu yeni qurumun məqsədi AI agentlərinin müxtəlif şirkətlər arasında uyğunsuz, qapalı və bir-birinə inteqrasiya olunmayan məhsullara çevrilməsinin qarşısını almaqdır.
AAIF açıq mənbəli agent layihələri üçün neytral platforma kimi fəaliyyət göstərəcək. Bu alətlər yeni “agent dövrü”nün əsas infrastrukturunu formalaşdırır. AAIF-ə həmçinin AWS, Bloomberg, Cloudflare və Google kimi böyük oyunçular da qoşulub. Şirkətlər məqsədin açıq və etibarlı agent ekosistemi qurmaq olduğunu bildirir.
AAIF çərçivəsində artıq agentlər üçün təhlükəsizlik standartları, uyğunluq prinsipləri və ən yaxşı təcrübələr üzərində birgə iş görüləcək. AAIF-in idarəetmə modeli “directed fund” mexanizmi ilə işləyir. Şirkətlər üzvlük haqqı ödəyir, amma layihələrin istiqamətinə təkbaşına qərar verə bilmir. Texniki komitələr roadmap-ları müəyyənləşdirir. Buna baxmayaraq, mütəxəssislər hələ də AAIF-in real sənaye infrastrukturu olub-olmayacağı sualının açıq qaldığını bildirir.
Paylaş