Reklam
ABŞ-da iki pasientə GMO donuz ürəyi transplantasiya edilib

ABŞ-da iki pasientə GMO donuz ürəyi transplantasiya edilib

Süni zəka və Elm
15.07.2022 PAYLAŞIM

    Birinci GMO (genetik modifikasiya edilmiş orqanizm) donuz ürəyinin transplantasiyası iyun ayının ortasında, ikinci transplantasiya isə bu ayın əvvəlində baş tutub. Keçirilmiş hər iki cərrahiyyə əməliyyatının uğurla reallaşdırılması barəsində məlumatı Nyu York Universitetinin mütəxəssisləri veriblər. Qeyd etmək lazımdır ki, bu, il ərzində bu cür əməliyyata ehtiyac duyan pasientlərə donuz ürəyi transplantasiyası üzrə keçirilmiş ikinci cəhddir. Tarixdə ilk dəfə bu cür əməliyyat bu ilin yanvar ayında ABŞ-da baş tutmuşdu. Lakin həmin əməliyyat çərçivəsində GMO donuz ürəyini əldə etmiş pasient yalnız 2 ay yaşaya bildi.

    Daha sonra mütəxəssislər həmin əməliyyat nəticəsində pasientin ölüm səbəbini müəyyən etdilər. Məlumat verilmişdi ki, GMO donuz ürəyinin vəfat etmiş pasient orqanizmində uzun müddət ərzində funksional ola bilməməsinin səbəbi donuz virusu ola bilərmiş. Lakin qeyd etmək lazımdır ki, reallaşdırılmış 2 yeni əməliyyat çərçivəsində GMO donuz ürəyi faktiki olaraq artıq ölmüş insanlara transplantasiya edilib. Belə ki, həmin pasientlərin beyinləri artıq ölmüş vəziyyətdə idilər. Transplantasiya çərçivəsində GMO donuz ürəkləri xüsusi aparat vasitəsilə döyünürdülər. Bu isə öz növbəsində həmin pasientlərə donor orqanının transplantasiyasını reallaşdırmağa imkan verib.


    Faktiki olaraq ölü vəziyyətdə olan 2 pasientə transplantasiya edilmiş orqanlar 72 saat ərzində fəaliyyətdə olublar. Pasientlərin orqanizmlərinin sözügedən orqanı tez bir zamanda rədd etməmələri üçün mütəxəssislər donuz ürəyində 10 genetik dəyişiklik reallaşdırıblar. “Bu, transplantologiya sahəsində baş vermiş vacib hadisələrdən biridir. Biz, donor orqanlarını gözləmə müddətində olarkən həyatlarını itirən insanlara donuz orqanlarının necə yardım ola biləcəklərini anlamaq üçün öyrənməli və məşq etməliyik” - deyə Nyu York Universitetinin mütəxəssisi Robert Montgomery qeyd edib. Onun sözlərinə əsasən canlı insanlar üzərində bu məsələdə daha çox təcrübələri yaxın bir neçə il ərzində keçirtmək mümkün olacaq.

    “Donor ürəkləri gözləyən şəxslər üçün bu cür transplantasiya əməliyyatı sağ qalmaq uğrunda bir şansdır. GMO donuz ürəyini əldə etmiş ilk şəxsin nəticədə həyatını itirməsinin mümkün səbəbi detallı şəkildə araşdırılsa da, biz onun dəqiq şəkildə nəyə görə vəfat etdiyini bilmirik. Buna görə də indiki vaxtda ölü pasientlər üzərində təcrübələr aparmaqda fayda var. Bu öz növbəsində donuz ürəyinin canlı insanlara transplantasiyası əməliyyatına daha hazırlıqlı yanaşmaq imkanını verəcək” - deyə Robert Montgomery qeyd edib.

    “Bu cür əməliyyatlar tibbi transplantasiya sahəsində yeni dövr deməkdir. Bu, insanları xilas edə biləcək əsl möcüzədir. Lakin bu cür transplantasiya əməliyyatlarının cərrahlar üçün adi hala çevrilmələri yolunda çox güman ki, bir neçə il vaxt keçməlidir. Düşünürəm ki, bu onilliyin sonuna kimi bu mümkün olacaq” - deyə kardioloq Preethi Pirlamarla qeyd edib. Kardioloqun sözlərinə əsasən GMO donuz ürəyinin insan orqanizminə öyrəşməsi üsulunu tapmaq üçün çoxlu sayda təcrübə keçirtmək lazımdır. Bundan əlavə olaraq bu cür əməliyyat nəticəsində donuza xas olan xəstəliklərin pasientə köçməməsi problemini də həll etmək lazımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər hansı bakteriyanın Marsda sağ qala biləcəyini öyrəniblər

Alimlər tərəfindən aparılmış yeni tədqiqata əsasən bakteriya növlərindən biri Mars planetində sağ qa..


James Webb teleskopu kainatın ən qədim qalaktikası statusunu əldə edə biləcək ye..

Alimlər iyul ayının birinci yarısında öz elmi fəaliyyətinə start vermiş James Webb teleskopundan gəl..


James Webb teleskopu 28 milyard işıq ili uzaqlığında yerləşən ulduzu öz yeni fot..

James Webb kosmik teleskopu keçən ay ilk kosmik fotolarını göndərdiyi andan aktiv şəkildə çalışmağa ..


James Webb teleskopu 500 milyon işıq ili uzaqlığında yerləşən qalaktikanın fotos..

James Webb kosmik teleskopu Yer kürəsindən 500 milyon işıq ili uzaqlığında yerləşən ESO 350-40 adlı ..


Alimlər 12 milyard il yaşa sahib qaranlıq materiya aşkar ediblər

Yapon alimlər yeni tədqiqat çərçivəsində kainatda ən geniş yayılmış maddə olan sirli qaranlıq materi..


Tarixdə dördüncü pasient İİV-dən (İnsanın İmmunçatışmazlığı Virusu) xilas ola bi..

Tarixdə dördüncü şəxs İİV-dən xilas ola bilib. Kaliforniyadakı müalicə mərkəzinin şərəfinə “City of ..

×