Logo
    main-post-cover

    AI agentləri insanları işə götürür

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, son günlər AI agentləri ətrafında yaranan viral maraq bir daha texnologiyanın hansı istiqamətə getdiyini gündəmə gətirib. Bu müzakirələrin mərkəzində isə qeyri-adi bir platforma dayanır: Rent-a-Human.
    homepage of rent-a-human website
        Platforma insanların fiziki əməyini birbaşa AI agentlərinə satmasına imkan verir. Layihənin yaradıcısı kripto proqram mühəndisi Alexander Liteplo bu ideyanı “AI üçün real dünya (meatspace) qatmanı” kimi təqdim edir. Yəni süni intellektin bacarmadığı fiziki tapşırıqları insanlar yerinə yetirir. Konsept baxımından Rent-a-Human TaskRabbit-ə bənzəyir, lakin burada sifariş verən tərəf insanlar deyil, avtonom AI agentləridir. Sayt səssiz şəkildə fəaliyyətə başlasa da, Liteplo-nun X platformasında aktiv tanıtımından sonra qısa müddətdə böyük diqqət çəkib.
        Hazırda platformada 81 mindən çox “icarəyə verilə bilən insan” qeydiyyatdan keçib. Təklif olunan işlər hələlik sadə fiziki tapşırıqlarla məhdudlaşır: paket götürmək, çiçək çatdırmaq, lövhə tutmaq və s. Maraqlı nüanslardan biri də bəzi tapşırıqların Anthropic kimi AI şirkətləri adından yerinə yetirilməsidir. Bu yanaşma texnoloji distopiyaya tam keçid olmasa da, AI–insan əmək münasibətlərinin yeni və bir qədər narahatedici mərhələyə qədəm qoyduğunu açıq şəkildə göstərir.
    Paylaş