Logo
    main-post-cover

    AirTag Amazon-un AI üçün kitabları necə məhv etdiyini üzə çıxardı

        Amazon-un süni intellekt modellərinin öyrədilməsi üçün fiziki kitabları rəqəmsallaşdırdıqdan sonra məhv etdiyi iddia olunur. 404 Media-nın araşdırmasına görə, nadir kitablardan birinə gizlədilən AirTag həmin kitabın ABŞ-nin Las-Veqas şəhərində yerləşən Amazon anbarına qədər gedib çıxdığını göstərib. Araşdırma nadir kitab satıcılarının son bir ildə qeyri-adi dərəcədə böyük sifarişlər almağa başlamasından sonra aparılıb. Satıcılardan biri təxminən 1000 kitabdan ibarət sifarişə daxil olan nadir kitablardan birinə AirTag yerləşdirib.
    Stack of four round white tracking disks on a smooth light surface, softly lit with purple and blue background tones, emphasizing their clean, minimal tech design
        İzləmə cihazının məlumatlarına əsasən, kitab Kaliforniyadan əvvəlcə Miluokiyə, daha sonra Koloradonun Qrand-Cankşn şəhərinə, bir neçə həftədən sonra isə Las-Veqasa çatıb. Son dayanacaq Amazon-un “LAS8” kimi tanınan anbar kompleksi olub. Məlumata görə, həmin kompleksin VGT3 adlanan hissəsində kitablar qəbul edilir, çeşidlənir və rəqəmsallaşdırılır. Proses zamanı kitabların cildi və onurğa hissəsi kəsilir, səhifələr ayrılaraq yüksək sürətli skanerlərdən keçirilir. Bundan sonra kitabların fiziki qalıqları utilizasiya edilir.
        404 Media bildirir ki, əldə edilən rəqəmsal məlumatların məqsədi elektron kitab və ya PDF yaratmaq deyil. İddiaya əsasən, bu məlumatlar süni intellekt sistemlərinin öyrədilməsi üçün istifadə olunur.
    Paylaş