Logo
    Anthropic Claude çatını iş mühiti ilə birləşdirir, sorğu avtomatik yönlənir

    Anthropic Claude çatını iş mühiti ilə birləşdirir, sorğu avtomatik yönlənir

        “Anthropic” 16 sentyabrda “Claude” çatını və “Cowork” iş mühitini vahid pəncərədə birləşdirdiyini açıqlayıb. İstifadəçinin artıq tapşırıq üçün ayrıca bölmə seçməsinə ehtiyac qalmayacaq. “Claude” sorğunu uyğun alətə özü yönləndirəcək. Beləliklə, başqa pəncərəyə keçmək və bölmələr arasında çaşmaq problemi aradan qalxacaq.
    Anthropic Claude çatını iş mühiti ilə birləşdirir, sorğu avtomatik yönlənir
        Əsas pəncərədə çat, “Cowork” və interaktiv iş sahəsi olan “Artifacts” açılacaq. Apreldə sayt və prototip hazırlamaq üçün çıxarılan “Claude Design” da bütün söhbətlərdə işləyəcək. Söhbətin əvvəlki məzmunu, alətlər və qoşulmuş xidmətlər eyni yerdə qalacaq. Faylları və əlaqəli söhbətləri toplamaq üçün xüsusi layihə qovluqları da saxlanılıb.
        Şirkət sənəd və təqdimat hazırlamaq üçün “Claude Docs” və “Claude Slides” funksiyalarını da əlavə edir. İstifadəçi süni intellektdən slayd hazırlamağı, onu redaktə etməyi və göstərməyi istəyə biləcək. Hazır təqdimatı PDF və ya PowerPoint formatında yükləmək olacaq. “Claude Docs” ilə sənədi bölmələrə ayırmaq, suallar vermək və tamamlanmış hissələrə şərh yazmaq da olur.
        Hazırlanan sənəd və slaydları paylaşım keçidi ilə başqa şəxslərə göndərmək olar. Faylı alanlar onu telefondan da redaktə edə biləcəklər. İstifadəçi sənədi kompüterdə hazırlamağa başlayıb gedişatı mobil tətbiqdən izləyə biləcək. Böyük tapşırıqlar noutbuk bağlandıqdan sonra da işləməyə davam edəcək.
    Anthropic Claude çatını iş mühiti ilə birləşdirir, sorğu avtomatik yönlənir
        Yenilik qarşıdakı bir neçə həftə ərzində “Pro” və “Max” abunəçiləri üçün açılacaq. Dəyişiklik həm indiki, həm də yeni istifadəçilərə veb versiyada, masaüstü və mobil tətbiqlərdə çatacaq. Heç nəyi ayrıca aktivləşdirmək lazım deyil. “Free” və “Team” planlarına yenilik daha sonra gələcək. “Enterprise” idarəçilərinə dəyişiklik barədə azı 30 gün əvvəl xəbər veriləcək.
        Birləşmədən sonra “Claude” daxilində 2 əsas rejim qalacaq: “Claude Chat” və “Claude Code”. Kod yazmaq fərqli iş qaydası tələb etdiyindən “Claude Code” vahid söhbət pəncərəsinə daxil edilməyib. Bundan əvvəl “Cowork”un yaddaş sistemi də yenilənmişdi. Həmin sistem istifadəçi ilə bağlı məlumatları ayrı-ayrı söhbətlər arasında xatırlamağa kömək edir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...