Anthropic şirkəti Claude Haiku 4.5 süni intellekt modelini təqdim edib
Süni İntellekt
17.10.2025
Emil
Anthropic şirkəti Claude Haiku 4.5 adlı yeni süni intellekt modelini təqdim edib. Bu, şirkətin ən sadə modelinin yenilənmiş versiyasıdır. Tərtibatçıların sözlərinə görə, model Sonnet 4 səviyyəsində cavablar verir, lakin 3 dəfə ucuzdur və 2 dəfədən çox sürətlidir. Anthropic bu iddiasını test nəticələri ilə əsaslandırıb: Haiku SWE-Bench Verified kod yazma testində 73%, Terminal-Bench əmr sətri bacarıqları testində isə 41% nəticə göstərib. Bu göstəricilər Sonnet 4.5-dən aşağı olsa da, Sonnet 4, OpenAI GPT-5 və Google Gemini 2.5 modelləri ilə müqayisə oluna biləcək səviyyədədir.
Model proqram təminatı və xidmətlərlə işləmə, kompüter idarəetmə bacarıqları, eləcə də şəkil analizi testlərində də oxşar nəticələr göstərib. Claude Haiku 4.5 artıq Anthropic şirkətinin bütün pulsuz tarif istifadəçiləri üçün əlçatandır. Şirkətin fikrincə, bu model süni intellekt əsaslı pulsuz məhsullar üçün ən uyğun seçimdir, çünki o, minimal server yüklənməsi ilə geniş imkanlar təqdim edir. Yüngülləşdirilmiş quruluş bir neçə Haiku əsaslı agentin paralel işləməsinə və ya onu daha mürəkkəb modellərlə birlikdə istifadəyə imkan verir. Məsələn, güclü Sonnet mürəkkəb planlaşdırma tapşırıqlarını yerinə yetirə, Haiku alt agentləri isə həmin tapşırıqları icra edə bilər.
Buna misal olaraq Anthropic şirkətinin məhsul direktoru Mike Krieger nümunə göstərib. Yeni yüngülləşdirilmiş modelin istifadəsi üçün ən aydın ssenarilərdən biri, yüksək işləmə sürətinin son dərəcə vacib olduğu Claude Code adlı proqram kodu yazma xidməti olacaq. Claude Haiku 4.5 modelinin təqdimatından əvvəl Anthropic şirkəti 2 daha böyük versiyanı buraxmışdı: avqust ayında flaqman model Opus 4.1, sentyabrın sonunda isə orta səviyyəli model Sonnet 4.5 təqdim edilmişdi. Haiku modelinin əvvəlki versiyası isə ötən ilin dekabr ayında istifadəyə verilmişdi.
Paylaş