Ayın yaşı daha öncə düşünüldüyündən daha çox imiş
Süni İntellekt
25.10.2023
Emil Nəcəfov
NASA Ay səthindən Yer kürəsinə çatdırılmış çoxlu sayda nümunəni öz anbarlarında möhürlü şəkildə saxlayır. Kosmik agentlik ümid edir ki, yaxın gələcəkdə onların analizləri üçün nəzərdə tutulmuş daha müasir elmi təchizatlar istifadəyə veriləcək. Bu öz növbəsində ABŞ tərəfindən keçən əsrin 70-ci illərində reallaşdırılmış “Apollo” missiyaları çərçivəsində Yer kürəsinə çatdırılmış Ay nümunələri vasitəsilə yeni elmi kəşflərin edilməsinə imkan verir. Bu cür yeni kəşf isə Ay səthindən çatdırılmış nümunələrin dəqiq yaşlarının təyin olunması olub. Bu isə öz növbəsində Ayın nə zaman formalaşdığını təyin etməyə şərait yaradır.
1972-ci ildə “Apollo-17” missiyası çərçivəsində Yer kürəsinə çatdırılmış Ay süxur nümunələrinin tərkiblərində sirkonium kristalları aşkar edilib. Bu kristallar Yer kürəsində və Ayda maqmanın soyuma prosesinin yekunlaşmasından sonra formalaşırlar. Bu həmçinin o deməkdir ki, sirkonium kristalları sərt səthə sahib kosmik cismlərin səthlərində ən qədim kristallardan biridirlər. Sözügedən kristalların nə zaman formalaşdıqlarının təyin edilməsi öz növbəsində Ayın nə zaman formalaşdığı sualına cavab tapmaqda yardımçı olur. Daha öncə aparılmış tədqiqatlar və digər faktlar sayəsində belə bir fərziyyə irəli sürülümüşdü ki, Ay 4.425 milyard il bundan öncə Yer kürəsinin Mars ölçüsündə kosmik cism ilə toqquşması nəticəsində formalaşıb.
Toqquşma nəticəsində Yer kürəsinin kənara atılmış nisbətən kiçik hissəsi digər kosmik cismin qalıqları ilə birlikdə Aya çevrilib. Ayın yüksək temperaturlu səthi soyuyandan sonra isə onda sirkonium kristalları formalaşıblar. Hələ bir neçə müddət bundan öncəyə kimi alimlər sirkonium nanokristalının atom tərkibini analiz etməyə imkan verən elmi təchizata sahib deyildilər. Məsələ burasındadır ki, Ay səthindən əldə edilmiş nümunələrin tərkiblərində yalnız nanometr ölçüsündə kristallar mövcuddur. Buna görə də onların radioizotop analizlərini reallaşdırmaq mümkün deyil.
Günümüzdə isə alimlər atom tərkibi analizini aparmağa imkan verən təchizatlara artıq sahibdirlər. Bu cür təchizatlar hətta ən kiçik ölçülü nümunədə belə bu və ya digər atomların saylarını təyin etməyə imkan verirlər. 50 il bundan öncə Yer kürəsinə çatdırılmış Ay nümunələrinin yeni analizləri çərçivəsində sirkonium nanokristalları tərkiblərində uran və qurğuşun izotoplarının hansı sayda atomlarının mövcud olduqlarını təyin etmək mümkün olub. Uranın yarımparçalanma periodunu və nümunədə uran ilə qurğuşun nisbətini nəzərə alaraq, nümunənin yaşını təyin etmək elə də çətin olmayıb. Nəticədə məlum olub ki, Ay daha öncə düşünüldüyündən 40 milyon il daha yaşlıdır. Beləliklə yeni tədqiqata əsasən Ayın yaşı 4.46 milyard il təşkil edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
NASA-nın Juno adlı kosmik aparatı Yupiter sistemlərinin müşahidə edilməsi üzrə əsas missiyasının yerinə yetirilməsindən uzun illər sonra yenə də uğurlu şəkildə fəaliyyətini davam etdirir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!