Logo
    Böyük Britaniya hökuməti AI üçün fövqəladə söndürmə təklifini rədd edib

    Böyük Britaniya hökuməti AI üçün fövqəladə söndürmə təklifini rədd edib

        Böyük Britaniya hökuməti fövqəladə vəziyyətdə süni intellekt sistemlərini vahid düymə ilə dayandırmaq təklifini qəbul etməyib. “Kill switch” adlanan bu mexanizm ölkə daxilində modelə girişi bağlaya və ya onu işlədən infrastrukturu söndürə bilərdi. Nazirlər Kabinetinə görə, bu addım problemi tam həll etməz. Çünki eyni model başqa ölkədə hazırlanıb işə salına və zərərli məqsədlər üçün işlədilə bilər.
    Böyük Britaniya hökuməti AI üçün fövqəladə söndürmə təklifini rədd edib
        Təklif deputatların fövqəladə vəziyyət zamanı hökumətin işə sala biləcəyi hüquqi mexanizmi qanuna salmaq istəyindən yaranıb. Hökumət süni intellekt sistemlərini sadəcə söndürməyin artıq real həll olmadığını düşünür. Onun mövqeyinə görə, təhlükəsizlik tədbirlərini məhsullara əvvəlcədən əlavə etmək əsasən onları hazırlayan şirkətlərin işidir.
        “OpenAI” şirkətinin keçmiş tədqiqatçısı Danial Kokotajlo da yalnız bir ölkənin hüquqi və ya texniki dayandırma mexanizmi qurmasını səmərəli saymır. Onun fikrincə, yerli modelə girişin bağlanması ölkəni başqa yerdə yaradılan daha güclü sistemlərdən qorumayacaq. Kokotajlo çıxış yollarından biri kimi şirkətlərin birlikdə işləməsini göstərir.
    Böyük Britaniya hökuməti AI üçün fövqəladə söndürmə təklifini rədd edib
        Müzakirələr Lordlar Palatasında 1 sentyabrda keçirilən toplantıdan sonra genişlənib. Buna kiber müdafiəni gücləndirmək üçün vaxtın az qaldığını vurğulayan açıq məktub da təsir edib. 100-dən çox şirkət açıq məktubla hökumətləri birlikdə addım atmağa çağırıb. Məktubu imzalayanlar arasında “OpenAI”, “Anthropic”, “Google”, “Microsoft”, “AWS” və “Adobe” var. Onlar kibertəhlükəsizlik şirkətləri və qabaqcıl süni intellekt sistemlərini hazırlayan komandalar arasında əməkdaşlıq istəyirlər.
        Lord Clement-Jones xəbərdarlıq edib ki, təhlükəli süni intellekt sistemini fiziki və ya rəqəmsal şəkildə dayandırmağı məcburi edən xüsusi hüquqi mexanizm hazırda yoxdur. Hökumət vahid söndürmə düyməsi yaratmaq əvəzinə riskləri əvvəlcədən azaltmağa üstünlük verir. Bunun üçün dövlət qurumları, nəzarət orqanları və süni intellekt şirkətləri təhlükəsizlik qaydalarını birlikdə hazırlamalıdır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...