Canva AI və marketinq gücünü artırır: Simtheory və Ortto satın alındı
Süni İntellekt
09.04.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Canva süni intellekt və marketinq texnologiyaları sahəsində mövqeyini gücləndirmək üçün iki mühüm şirkəti, Simtheory və Ortto-nu satın aldığını açıqlayıb. Müqavilələrin maliyyə detalları açıqlanmayıb.
Şirkətin açıqlamasına görə, bu addım Canva-nın sadəcə dizayn aləti olmaqdan çıxaraq, ideyadan başlayıb kampaniyanın həyata keçirilməsi və ölçülməsinə qədər bütün iş proseslərini əhatə edən vahid platformaya çevrilməsi strategiyasının bir hissəsidir. Hər iki şirkət daha əvvəl Stayz platformasını quran Chris və Mike Sharkey tərəfindən təsis edilib. Qardaşlar artıq Canva-da rəhbər vəzifələrdə çalışaraq şirkətin süni intellekt və marketinq texnologiyaları istiqamətini inkişaf etdirəcəklər.
Simtheory platforması komandaların süni intellekt əsaslı agentlər yaratmasına imkan verir. Bu agentlər müxtəlif alətlər arasında işləyərək real iş proseslərini avtomatlaşdırır və biznes ehtiyaclarına uyğunlaşdırılmış workflow-lar qurur. Ortto isə müştəri məlumat platformasını marketinq avtomatlaşdırması ilə birləşdirir. Platforma e-poçt, SMS, mobil bildirişlər və digər kanallar vasitəsilə istifadəçi ilə əlaqəni vahid sistem üzərindən idarə etməyə imkan yaradır. Hazırda Ortto 190 ölkədə 11 mindən çox müştəri tərəfindən istifadə olunur.
Canva-nın əməliyyat direktoru Cliff Obrecht bildirib ki, Simtheory şirkətin AI platformaya transformasiyasını sürətləndirir, Ortto isə Canva Grow vasitəsilə marketinq və kontent dövrünün bütün mərhələlərini gücləndirir.
Paylaş