Logo
    main-post-cover

    Cənubi Koreya süni intellektə böyük yatırım edir

        Cənubi Koreya hökuməti 2027-ci il üçün tarixinin ən böyük dövlət büdcəsini hazırlayacağını açıqlayıb. Ümumi həcmi 800 trilyon vondan (təxminən 531 milyard ABŞ dolları) çox olacaq büdcənin əsas maliyyə mənbələrindən biri süni intellekt çiplərinə artan qlobal tələbat nəticəsində yüksələn vergi gəlirləridir. Hökumətin planına əsasən, əlavə gəlirlər əsasən yarımkeçirici sənayesində fəaliyyət göstərən şirkətlərdən əldə olunacaq. Eyni zamanda dövlət xərclərinin optimallaşdırılması çərçivəsində təxminən 50 trilyon von həcmində vəsait səmərəsiz hesab olunan proqramlardan kəsilərək prioritet sahələrə yönəldiləcək.
    Cisometric Cybersecurity Firm
        2027-ci ilin büdcəsində üç əsas istiqamət xüsusi prioritet elan edilib:
    • Süni intellekt çipləri və yarımkeçirici sənayesi;
    • AI məlumat mərkəzləri;
    • Fiziki süni intellekt (robotlar və ağıllı avtomatlaşdırma sistemləri).
        Cənubi Koreya Prezidenti Lee Jae Myung bildirib ki, ölkə qlobal AI yarışında üstünlük əldə etmək üçün yaranan əlavə vergi gəlirlərindən maksimum səmərə ilə istifadə etməlidir. Onun sözlərinə görə, hazırkı dövr süni intellekt sahəsində liderliyin müəyyənləşdiyi "qızıl zaman" hesab olunur.
     
    Paylaş