Çinin Zhurong adlı aparatı Mars səthindən ilk fotolarını Yer kürəsinə göndərib

Çinin Zhurong adlı aparatı Mars səthindən ilk fotolarını Yer kürəsinə göndərib

Süni zəka və Elm
20.05.2021 PAYLAŞIM

    15 may tarixində Çin Kosmik Agentliyinin Tianwen-1 adlı kosmik aparatı uğurla Mars səthinə eniş etmişdi. Kosmik aparat planetin şimal yarımkürəsində yerləşən Utopiya adlı düzənliyinin cənub hissəsinə eniş edib. Qeyd etmək lazımdır ki, kosmik aparatın daxilində Zhurong adlı 6 təkərli müşahidə aparatı da var. Beləliklə sözügedən aparat Mars səthində çəkdiyi ilk fotoları Yer kürəsinə göndərib. Aparat ümumilikdə 2 foto göndərib. Onlardan biri rəngli, digəri isə ağ-qaradır. Rəngli foto aparatın naviqasiya kamerası vasitəsilə çəkilib. Həmin fotoda aparatın Günəş panellərini və anten qurğusunu görmək olar. Ağ-qara foto isə aparatın ön kamerası vasitəsilə çəkilib. Bu kamera aparatın önündə ola biləcək maneələri təyin etmək üçün nəzərdə tutulub.


    Ağ-qara fotoda əks olunmuş 2 ədəd uzun parça səthi radarlardan ibarətdir və həmin radarlar ətraf mühit barəsində daha geniş məlumat əldə etmək imkanını verirlər. Aparatın ön kamerasında böyük genişbucaqlı obyektivdən istifadə olunur. Buna görə də təsvir təhrif olunur və uzaq üfüqdə qövs əmələ gəlir. Aparat eniş platformasından çıxmağa və Mars səthini analiz etməyə hazırlaşır. Qeyd etmək lazımdır ki, Tianwen-1 missiyası özündə orbital gəmini, eniş platformasını və Zhurong müşahidə aparatını birləşdirir. Missiyanın əsas öhdəliklərinə isə Marsın geoloji struktur xəritəsinin yaradılması, səth layının özəlliklərinin analizi və onun tərkibində buz halında suyun olub-olmadığının öyrənilməsi, planetin səthində olan materialların tərkiblərinin analizi, planetin ionosferinin özəlliklərinin ölçülməsi, elektromaqnit qravitasiya sahələri ilə iqlim məlumatlarının əldə olunması daxildir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İmperator pinqvinlər iqlim dəyişiklikləri səbəbilə yox olmaq təhlükəsi altındadı..

ABŞ-ın balıqçılıq və vəhşi təbiətin qorunması üzrə idarəetməsi imperator pinqvinlərini məhv olmaq tə..


ABŞ-ın hərbi süni zəka sistemi hərbi təhlükəni bir neçə gün öncədən təyin etməyi..

Amerikalı hərbçilər süni zəka texnologiyaları ilə təcrübələr aparmağa davam edirlər.


Öz ulduzu ətrafında tam dövrü 1.1 milyon ilə reallaşdıran ekzoplanet aşkar edili..

İndiyənə kimi alimlər artıq minlərlə ekzoplanet aşkar ediblər. Lakin aşkar edilmiş ekzoplanetlərdən ..


Alimlər Yupiterin ən böyük peyki Qanimeddə suyun mövcudluğuna dair sübutlar əldə..

Alimlər Günəş sisteminin ən böyük planeti olan Yupiterin Qanimed adlı ən böyük peykində su buxarının..


Harvard Universiteti yadplanetli texnologiyaların axtarışı üçün Galileo adlı lay..

Tədqiqatçılardan ibarət beynəlxalq qrup Harvard Universitetinin astronomlarının rəhbərliyi altında G..


Alimlər: 'Hal hazırda iqlim özünü steroid qəbul etmiş idmançı kimi aparır'..

İsveçrədən olan alimlər aşkar ediblər ki, keçən il Sibirdə, bu il isə Kanadanın qərb hissəsində müşa..

×