Logo
    main-post-cover

    Çinlilər insanın iştirakı olmadan tapşırıqları yerinə yetirən Manus adlı süni zəka agentini təqdim ediblər (VİDEO)

    Süni İntellekt
    11.03.2025
    Emil
         Çinlilər Manus adlı ilk tamamilə müstəqil süni zəka agentini hazırlayıblar. Bu süni zəka agenti insan müdaxiləsi olmadan müstəqil qərarlar qəbul edə və mürəkkəb tapşırıqları yerinə yetirə bilir. Adi çat-botlardan fərqli olaraq, Manus idarəedici rolunu oynayır və ixtisaslaşmış köməkçilərin fəaliyyətini əlaqələndirir. Bu texnologiya əmək bazarına ciddi təsir göstərə və kadr seçimi və veb-sayt hazırlanması kimi sahələrdə avtomatlaşdırmanı sürətləndirə bilər. Lakin eyni zamanda, süni zəkanın tənzimlənməsi və onun hərəkətlərinə məsuliyyət məsələləri ilə bağlı yeni suallar ortaya çıxarır.
         Manus-un, ChatGPT, Gemini Grok kimi çat-botlardan əsas fərqi onun insan əmrlərinə ehtiyac duymamasıdır. Manus özü qərar qəbul edir və göstərişlər olmadan hərəkət edə bilir. Məsələn, əgər ona "Mənə bir mənzil tap" deyilsə, o, seçimləri müstəqil şəkildə araşdıracaq. Cinayət səviyyəsi, infrastruktur, qiymətlər kimi vacib amilləri nəzərə alaraq ən uyğun variantları təqdim edəcək. Manus tək bir süni zəka agenti kimi deyil, idarəedici kimi işləyir. O, müxtəlif ixtisaslaşmış süni zəka köməkçilərini koordinasiya edir.
         Bu ona mürəkkəb və çoxpilləli tapşırıqları yerinə yetirmək imkanı verir. O, fon rejimində işləyir və bütün prosesi özü icra edir. İstifadəçinin onu daim izləməsinə ehtiyac yoxdur - iş tamamlandıqda nəticələr təqdim edilir. Gələcəkdə Manus insanların gündəlik iş rejimini dəyişə bilər. Məsələn, kadr seçimi zamanı o, CV-ləri müstəqil şəkildə təhlil edə, əmək bazarındakı trendləri nəzərə ala və ideal namizədləri təklif edə bilər. Bütün bu proseslər insan müdaxiləsi olmadan həyata keçiriləcək, nəticədə detallı hesabatlar təqdim ediləcək. Manus-un digər potensial imkanları:
    - Sıfırdan veb-saytlar yaratmaq.
    - Sosial şəbəkələrdən məlumat toplayaraq onları internetə yerləşdirmək.
    - Hosting və texniki problemləri həll etmək.
         Bu süni zəka agenti, DeepSeek-in təqdimatından cəmi bir 1 sonra ortaya çıxıb və Çinin süni zəka sahəsində yeni bir sıçrayışıdır. Manus adi süni zəka sistemlərindən fərqli olaraq tamamilə müstəqil işləyə bilir. Bu texnologiya ciddi nəticələr doğura, kütləvi ixtisarlarla nəticələnə və cəmiyyət qarşısında yeni problemlər yarada bilər. Ən mühüm sual: Süni zəkanın hərəkətlərinə kim cavabdeh olacaq? Hazırkı qanunvericilik bu cür texnologiyaların tənzimlənməsi üçün hələ hazır deyil.
    Paylaş