
Elon Musk, süni zəka vasitəsilə kompüter oyunları hazırlamaq istəyir
Süni İntellekt
28.11.2024
Emil
Elon Musk öz iddialı planları və bəzən absurd biznes qərarları ilə məşhurdur. Bu dəfə də o, iddialı ideya ilə özünü yada salıb. Məlumdur ki, Musk kompüter oyunları ilə yaxından maraqlanır. Hətta bir neçə müddət bundan öncə məlum oldu ki, o, məşhur “Diablo IV” oyununda peşəkar oyunçulardan biridir. Görünür, Musk bundan ilhamlanaraq öz oyun şirkətini yaratmağa hədəflənib. Bununla belə onun planında bu mövzuya süni zəka texnologiyasını cəlb etmək var.
Süni zəka mövzusunda isə Musk artıq bir şirkətə sahibdir. Söhbət, xAI şirkətindən gedir. “Oyunların hazırlanması ilə məşğul olan studiyaların əksəriyyəti böyük şirkətlərə məxsusdur. xAI şirkəti öz növbəsində süni zəkanın istifadəsi ilə oyun studiyasını yaratmağı planlaşdırır” - deyə Musk qeyd edib. Musk bu mövzu ilə bağlı ətraflı məlumat verməyib. Buna görə də bəzilərinin fikirlərinə əsasən o sadəcə olaraq zarafat xatirinə belə bir fikir səsləndirib. Lakin Musk adətən boş-boşuna belə elanlar vermir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
