main-post-cover

    İnsanlar digərlərinin sözlərindən daha çox süni zəka tərəfindən generasiya olunmuş fikirlərə inanırlar

    Süni İntellekt
    18.04.2021
    Emil Nəcəfov
        Corciya Universitetinin tədqiqatçılar komandası maraqlı təcrübə keçirdiblər. Keçirilmiş təcrübə çərçivəsində alimlər öyrənmək istəyiblər ki, insanlar daha çox kompüter alqoritmi tərəfindən generasiya edilmiş məlumatlara inanırlar yoxsa digər insanların verdikləri məlumatlara? Təcrübənin məğzi ondan ibarət olub ki, testdən keçmiş insanlara hansısa şəxslərin əks olunduqları fotoların göstərilməsi olub.
        Fotolardakı insan sayı artdıqca təcrübədə iştirak etmiş şəxslər düzgün cavab verməkdə çətinlik çəkiblər. Müəyyən bir anda təcrübədə iştirak etmiş şəxslərə kənar yardımdan istifadə etmək təklif olunub. Beləliklə onlar digər şəxslərin cavablarını və ya süni zəka tərəfindən generasiya edilmiş cavabları seçə bilərdilər. Məlum olub ki, təcrübədə iştirak etmiş şəxslərin çoxu məhz süni zəka tərəfindən generasiya edilmiş cavabları seçiblər.
        Bu, bir qədər təəccüblüdür. Belə ki, hal hazırda süni zəka sistemləri çox zaman fotoda əks olunmuş insanların sayını düzgün təyin edə bilmir. Bununla belə foto nə qədər qəlizdirsə süni zəka alqoritminin sistemi bir o qədər qeyri dəqiq çalışır. Tədqiqatçılar qeyd ediblər ki, yaxın gələcəkdə süni zəka sistemləri bu problemin də öhdəsindən gələcəklər. Lakin insanlar artıq indidən süni zəka sistemi tərəfindən verilmiş qərara güvənməyə üstünlük verirlər.
    Linki kopyala