Reklam
James Webb vasitəsilə tarixdə ilk dəfə Günəş sistemindən kənardakı planetin atmosferində CO2 aşkar edilib

James Webb vasitəsilə tarixdə ilk dəfə Günəş sistemindən kənardakı planetin atmosferində CO2 aşkar edilib

Süni zəka və Elm
29.08.2022 PAYLAŞIM

    James Webb kosmik teleskopunun spektoqrafı tarixdə ilk dəfə Günəş sisteminin xaricində yerləşən planetin atmosferində CO2 qazı aşkar edib. Söhbət, WASP-39b adlı ekzoplanetdən gedir. Qeyd etmək lazımdır ki, CO2 qazı Yer kürəsi atmosferinin əsas tərkib hissəsini təşkil edən qazlardan biridir. WASP-39b-yə başqa cür isti Yupiter də deyirlər. Yəni bu, ölçü baxımından Yupiterə bənzəyən qaz nəhəngidir. Sözügedən ekzoplanet WASP-39 adlı ulduz ətrafında dövr edir və həmin ulduz bizim Günəşə çox bənzəyir. WASP-39 adlı ulduz Yer kürəsindən 700 işıq ili uzaqlığında mövcud olan Qız bürcündə yerləşir. Qeyd etmək lazımdır ki, WASP-39b, James Webb teleskopunun müşahidəsini apardığı ilk ekzoplanet olub.


    2011-ci ildə kəşf edilmiş ekzoplanetin atmosferində CO2 qazının aşkar edilməsi yeni nəsil kosmik teleskopun kəşfləri siyahısına daha birini əlavə edir. WASP-39b Günəş sistemində mövcud olan Yupiter planetinin kütləsinin 30%-nə sahibdir və ölçü baxımından ondan 30% böyükdür. Bu isti qaz nəhəngi öz ulduzu ətrafında tam dövrü 4 gün ərzində reallaşdırır və o öz uduzuna Merkurinin Günəşə məsafəsindən daha yaxın məsafədə yerləşir. İlkin hesablamalara əsasən WASP-39b-də temperatur 900 dərəcə Selsi təşkil edir. Bu, çox vacib bir kəşfdir. Belə ki, alimər ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən planetin atmosferində CO2 qazının mövcudluğunu təsdiqləyə biliblər.

    Bu cür kəşf həmçinin onu sübut edir ki, James Webb ekzoplanetlərin tərkib hissələrinin analizi üçün əvəzolunmaz alətdir. Teleskop tərəfindən əldə edilmiş bu məlumatlar vasitəsilə bu cür kosmik obyektlərin necə yarandıqları və necə inkişaf etdiklərini aydınlaşdırmaq mümkün olacaq. WASP-39b-nin daha öncə Hubble teleskopu vasitəsilə analizi onu göstərmişdi ki, ekzoplanetin atmosferində su buxarı mövcuddur və atmosferin özü buludlarla əhatə edilib. Alimlərin sözlərinə əsasən bu və ya digər planetin atmosferinin tərkibi onun necə yarandığı və həyat dövrü ərzində hansı inkişaf mərhələlərindən keçdiyi barəsində məlumatları təqdim edə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Marsın Cənub qütb regionunda yeraltı göl mövcud ola bilər

Alimlər artıq uzun illərdir ki, Marsda maye şəklində su tapmağa ümid edirlər. Bu cür kəşf öz növbəsi..


Qara dəliklər partlaya bilirlərmi?

Qara dəliklər çox böyük kütləyə sahib kosmik obyektlərdir və onlar öz ətraflarında olan akresiya dis..


NASA-nın kosmik aparatı uğurlu şəkildə asteroidlə toqquşub (VİDEO)

Tarixdə ilk dəfə insan əli ilə hazırlanmış kosmik aparat asteroid ilə toqquşub.


NASA-nın kosmik aparatı gecə saatlarında asteroidlə toqquşacaq (VİDEO)

NASA-nın Double Asteroid Redirection Test (DART) adlı missiyası artıq final mərhələyə yaxınlaşır...


NVIDIA-nın süni zəka alqoritmi virtual dünyalar üçün sürətli şəkildə obyektlər v..

NVIDIA şirkəti GET3D adlı süni zəka modeli barəsində danışıb. Sözügedən süni zəka modeli virtual 3D ..


Alimlər Süd Yolu qalaktikasının ilkin nüvəsinin harda yerləşdiyini öyrəniblər..

Gaia adlı kosmik teleskop tərəfindən əldə edilmiş məlumatlar əsasında alimlər Süd Yolu qalaktikasını..

×