Meta AI infrastrukturu üçün CoreWeave-ə 21 milyard dollar əlavə yatırım etdi
Süni İntellekt
10.04.2026
Sevinj
Technote.az “TNW” platformasına istinadən bildirir ki, Meta süni intellekt infrastrukturu sahəsində fəaliyyətini daha da genişləndirərək CoreWeave ilə əməkdaşlığını əhəmiyyətli dərəcədə artırıb. Şirkət 2027–2032-ci illəri əhatə edən yeni müqavilə çərçivəsində əlavə 21 milyard dollar investisiya ayırıb və bununla da ümumi əməkdaşlıq həcmi təxminən 35 milyard dollara yüksəlib.
Yeni müqavilə əsasən süni intellekt modellərinin “inference” mərhələsinə, yəni istifadəçilərə real vaxtda xidmət göstərilməsinə yönəlib. Bu, xüsusilə Meta-nın Facebook, Instagram və WhatsApp kimi platformalarında yüz milyonlarla istifadəçiyə AI xidmətlərini fasiləsiz təqdim etmək üçün vacib hesab olunur.
CoreWeave bu çərçivədə bir neçə regionda yeni data mərkəzləri quracaq və Nvidia tərəfindən təqdim olunan ən son “Vera Rubin” platformasını erkən mərhələdə tətbiq edən şirkətlərdən biri olacaq. Bu əməkdaşlıq Meta-nın AI infrastrukturu strategiyasının bir hissəsidir. Şirkət paralel olaraq həm öz data mərkəzlərini genişləndirir, həm də müxtəlif bulud provayderləri ilə işləyərək riskləri bölüşdürməyə çalışır.
Paylaş