Logo
    main-post-cover

    Meta AI üçün böyük dəyişiklik edir: 7 min əməkdaş yeni rollara keçir, 8 min nəfər ixtisar olunur

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta şirkəti süni intellekt sahəsinə yatırımlarını sürətlə artırmağa davam edir. Şirkətin daxili restrukturizasiya planı çərçivəsində təxminən 7 min əməkdaş yeni yaradılan süni intellekt yönümlü bölmələrə köçürüləcək, eyni zamanda 8 min nəfərin isə işdən çıxarılması gözlənilir.
    Meta, metamates, me': Facebook parent updates company values
        Reuters və The New York Times-ın məlumatına görə, Meta-nın İnsan Resursları rəhbəri Janelle Gale əməkdaşlara göndərdiyi daxili məktubda bildirib ki, şirkət daxilində AI alətləri və tətbiqlərinin hazırlanmasına fokuslanan dörd yeni struktur yaradılır. Bu komandalar “AI-native” iş modeli əsasında fəaliyyət göstərəcək və idarəetmə səviyyələri daha az olacaq. Məqsəd isə şirkətin məhsuldarlığını artırmaq və iş proseslərini daha səmərəli etməkdir.
        Məlumata əsasən, bəzi əməkdaşlar artıq yeni vəzifələrə keçirilsə də, qalanları mayın 20-də evdən işləmələri barədə məlumatlandırılıb və həmin gün yeni rol və ya ixtisar bildirişləri alacaqlar. Meta daha əvvəl aprel ayının sonunda 8 min iş yerinin ləğv ediləcəyini və əlavə olaraq 6 min açıq vakansiyanın bağlanacağını açıqlamışdı. Şirkət bunu xərclərin optimallaşdırılması və digər strateji investisiyaların maliyyələşdirilməsi ilə əlaqələndirmişdi. Analitiklər hesab edir ki, burada əsas diqqət süni intellekt layihələrinə yönələn böyük investisiyalara verilir.
    Paylaş