Logo
    main-post-cover

    Meta-da kütləvi ixtisarların əsl səbəbi: AI üçün milyardlar xərclənir

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, Meta şirkətində planlaşdırılan kütləvi ixtisarların əsas səbəbi artıq rəsmi şəkildə açıqlanıb. Mark Zuckerberg əməkdaşlarla keçirilən daxili görüşdə bildirib ki, bu qərar birbaşa süni intellekt infrastrukturu üçün artan xərclərlə bağlıdır.
        Zuckerberg-in sözlərinə görə, Meta-nın iki əsas xərc istiqaməti var: texnoloji infrastruktur və işçi qüvvəsi. Şirkət AI sahəsinə daha çox investisiya yatırdıqca, digər sahələrdə, xüsusilə də əməkdaş sayında azalma qaçılmaz olur.
    Mark Zuckerberg’s Meteoric Rise: From Dorm Room Dreamer to the World’s ...
        Şirkət 2026-cı il üçün kapital xərclərini 125–145 milyard dollar aralığına qədər artırıb. Bu vəsait əsasən data mərkəzləri, GPU-lar və süni intellekt modellərinin inkişafına yönəldilir. Bu artım fonunda Meta təxminən 8 min əməkdaşını ixtisar etməyi planlaşdırır və gələcəkdə əlavə ixtisarların da istisna olunmadığı bildirilib.
        Zuckerberg həmçinin qeyd edib ki, ixtisarlar birbaşa AI-ın işçiləri əvəz etməsi ilə bağlı deyil. Onun sözlərinə görə, şirkət daxilində AI alətləri məhsuldarlığı artırsa da, əsas məsələ resursların hansı sahəyə yönəldilməsidir. Bununla belə, o, gələcəkdə vəziyyətin necə dəyişəcəyinin hələ tam aydın olmadığını da etiraf edib.
     
    Paylaş