Meta Mark Zuckerberg-in AI versiyasını hazırlayır
Süni İntellekt
14.04.2026
Sevinj
Technote.az “TNW” platformasına istinadən bildirir ki, Meta şirkəti Mark Zuckerberg-in süni intellektlə çalışan rəqəmsal versiyasını hazırlayır. Financial Times-ın yaydığı məlumata görə, layihə Meta daxilində əməkdaşların Zuckerberg ilə birbaşa ünsiyyətdə olmasa belə, onun düşüncə tərzi və yanaşmasını daha yaxından hiss etməsi üçün nəzərdə tutulub.
Məlumata əsasən yaradılan bu fotorealist AI obraz Zuckerberg-in danışıq tonu, mimikaları, davranış tərzi, ictimai çıxışları və şirkət strategiyası ilə bağlı fikirləri əsasında təlim alır. Bildirilir ki, Mark Zuckerberg özü də layihənin hazırlanmasında aktiv iştirak edir və süni intellekt versiyasının test proseslərinə şəxsən qoşulur. Bu layihə Meta-nın daha əvvəl üzərində çalışdığı “CEO agent” sistemindən fərqlidir. Həmin sistem yalnız Zuckerberg-in şəxsi iş prosesini sürətləndirmək və ona məlumat tapmaqda kömək etmək üçün nəzərdə tutulmuşdu. Yeni hazırlanmış AI versiyası isə birbaşa onun yerinə əməkdaşlarla ünsiyyət qurmaq məqsədi daşıyır.
Layihə Meta-nın Superintelligence Labs bölməsi tərəfindən hazırlanır və şirkətin daha realistik, insanabənzər AI personajlar yaratmaq istiqamətində geniş strategiyasının bir hissəsidir. Mənbələr bildirirlər ki, əsas məqsəd şirkətin 79 min əməkdaşının qurucusu ilə daha “yaxın əlaqə” hiss etməsini təmin etməkdir. Xüsusilə də Zuckerberg kimi böyük şirkət rəhbərlərinə birbaşa çıxışın çox məhdud olduğu nəzərə alınarsa, bu addım daxili kommunikasiya üçün yeni model hesab edilir.
Paylaş