
Meta öz süni zəka infrastrukturu üçün milyardlarla dollar vəsait sərf edir
Süni İntellekt
19.01.2024
Emil
Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib ki, şirkət süni zəka texnologiyalarının hazırlanması istiqamətində NVIDIA-nın son nəsil qrafik prosessorlarının əldə edilməsi üçün milyardlarla dollar vəsait sərf edir. Zuckerberg-in sözlərinə əsasən Meta-nın süni zəka üçün nəzərdə tutulmuş hesablama infrastrukturu 2024-cü ilin sonuna kimi özündə 350 000 ədəd NVIDIA H100 qrafik prosessorunu birləşdirəcək.
Bu qrafik prosessor öz növbəsində neyron şəbəkələrinin və machine learning sistemlərinin təlimatlandırılmalarında istifadə edilir. NVIDIA H100-ün pərakəndə satış qiyməti 25 000-30 000$ təşkil edir. eBay-da isə onun qiyməti 40 000$-dan yüksəkdir. Ümumilikdə Meta NVIDIA H100 qrafik prosessorlarının alışlarına 9 milyard dollar vəsait xərcləyə bilər. Eyni zamanda Meta bənzər qrafik prosessorları AMD-dən və digər şirkətlərdən də əldə edir. Zuckerberg bildirib ki, bu cür miqyasda infrastruktur ümumi süni zəka (Artificial General Intelligence / AGI) sahəsindəki tədqiqatlar üçün lazımdır.
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
BMT-nin baş katibi süni zəka mövzusunda böyük texnoloji şirkətləri tənqid edib
BMT-nin baş katibi Antonio Guterres Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxış edən zaman böyük texnoloji şirkətləri tənqid edib.

Süni İntellekt
Sam Altman süni zəka sahəsini nüvə energetikasına diqqət ayırmağa səsləyib
Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda OpenAI şirkətinin CEO-su Sam Altman süni zəka sahəsini nüvə energetikasına diqqət ayırmağa çağırıb.

Süni İntellekt
İnsanın əl yazısına bənzər şriftləri tərtib edə bilən neyron şəbəkəsi yaradılıb
Məhəmməd ibn Zeyd Əl-Nəhayan adına Süni Zəka Universitetinin (MBZUAI) tədqiqatçılar komandası əsl insanın əl yazısına bənzər şriftləri tərtib etməyi bacaran neyron şəbəkəsini yaradıblar.

Süni İntellekt
Ümumdünya İqtisadi Forumundə ən çox müzakirə olunan mövzulardan biri süni zəka olub
Davos şəhərində bu il keçirilən Ümumdünya İqtisadi Forumunda əsas müzakirə mövzularından biri də süni zəka olub.

Cihazlar+
NVIDIA GeForce RTX 4070 SUPER videokartı 3DMark testlərindən keçib
Videocardz nəşriyyatı bir neçə müddət bundan öncə təqdim edilmiş NVIDIA GeForce RTX 4070 SUPER videokartının 3DMark-dakı test nəticələrini təqdim edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
