Meta süni intellekt xərclərini artırmaq üçün işçilərinin 20 %-ni ixtisar edə bilər
Süni İntellekt
16.03.2026
Ilhama
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Meta şirkətinin süni intellekt və məlumat mərkəzlərinə yönəltdiyi böyük investisiyaları maliyyələşdirmək məqsədilə genişmiqyaslı işçi ixtisarına hazırlaşdığı bildirilir. Reuters agentliyinin yaydığı məlumata görə, məsələ ilə tanış mənbələr şirkətin əməkdaşlarının təxminən 20 faizini, yəni 15 800 nəfərə qədər işçini işdən azad etməyi nəzərdən keçirdiyini deyir.
Əgər bu plan həyata keçərsə, bu addım Meta üçün son illərin ən böyük ixtisar dalğalarından biri olacaq. Şirkət bundan əvvəl 2022-ci ilin noyabrından 2023-cü ilin əvvəlinədək qısa müddətdə ümumilikdə 22 min əməkdaşla yollarını ayırmışdı.
Məlumata görə, Meta son dövrlərdə virtual reallıq və metaverse layihələrinə prioriteti azaltmağa başlayıb. Şirkət bu istiqamətdə büdcələri kəsib, bəzi studiyaları bağlayıb və diqqətini daha çox süni intellekt texnologiyalarına yönəldib. Meta hazırda AI mütəxəssislərinin cəlb olunmasına, yeni məlumat mərkəzlərinin qurulmasına və Moltbook kimi şirkətlərin satın alınmasına ciddi vəsait ayırır.
Bununla yanaşı, Meta ağıllı eynəklər, çatbot texnologiyaları və platformalarının yeniyetmələrə təsiri ilə bağlı tənqid və mübahisələrin mərkəzində qalmağa davam edir. Şirkət isə yayılan məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Paylaş