Logo
    main-post-cover

    Meta videolar tərtib etməyi bacaran Movie Gen adlı süni zəka sistemini təqdim edib (VİDEO)

    Süni İntellekt
    07.10.2024
    Emil
         Meta şirkəti mətn formatında təsvirlər əsasında videolar tərtib edə bilən süni zəka sistemini təqdim edib. Şirkətin bu yeni süni zəka sistemi Movie Gen adlanır. Təqdim edilmiş bu süni zəka sistemi mətn formatında təsvirlər əsasında videoları tərtib etməklə yanaşı onları redaktə etməyi də bacarır. Bununla da Meta şirkəti sözügedən mövzuda OpenAI şirkətinin ciddi rəqibinə çevrilir. Məlumata əsasən Movie Gen sistemi 16 saniyəlik videolar tərtib edə bilir.
         İstifadəçi üstəlik sorğular vasitəsilə artıq mövcud videolara səsləri tərtib edə, artıq mövcud videoları redaktə edə və ya bir foto əsasında real insanın iştirakı ilə video tərtib edə bilər. Hal-hazırda Movie Gen-dən yalnız Meta şirkətinin bəzi əməkdaşları və bəzi rejissorlar istifadə edə bilirlər. Gələn il isə şirkət bu süni zəka sisteminin dəstəyini öz məşhur tətbiqlərinə əlavə etməyi planlaşdırır. Şirkət rəhbərliyi bu texnologiyanın tətbiqlərə necə inteqrasiya edilməsi mövzusunda hələ müzakirələr aparırlar. Lakin Movie Gen-in əsas məqsədi sosial şəbəkə istifadəçilərinin videolar ilə bağlı paylaşımları daha aktiv şəkildə yaratmaları və redaktə etmələridir.
    Paylaş