Logo
    main-post-cover

    Meta yeni AI modeli üçün ödənişli giriş planlaşdırır

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Meta şirkəti gələcəkdə buraxacağı yeni süni intellekt modeli üçün ödəniş tələb edə bilər. Bloomberg-in məlumatına görə, hazırda Meta-nın üzərində işlədiyi və daxili olaraq “Avocado” kod adı ilə tanınan model şirkətin indiyədək davam etdirdiyi “açıq mənbə” strategiyasından qismən uzaqlaşmasının ilk nümunəsi ola bilər.
    Meta's New 'Avocado' AI Model Delayed to 2026— Should Investors Be Worried?  - TipRanks.com
        Meta keçən il Llama 4 modelini təqdim etsə də, bu buraxılış gözləntiləri doğrultmadı. Şirkət AI benchmark testlərini manipulyasiya etməkdə tənqid olundu və daha iri həcmli “Behemoth” versiyasını gecikdirmək məcburiyyətində qaldı. Bloomberg-in məlumatına görə, Mark Zuckerberg həmin layihəni dayandıraraq, daha fərqli və iddialı istiqamətə keçmək qərarı verib.
        30 iyul tarixli daxili memoda Zuckerberg qeyd edib ki, Meta “şəxsi superintellekt” üzərində işləyir və bu mərhələdə açıq mənbə siyasətinə əvvəlki qədər geniş şəkildə davam etmək təhlükəsizlik riskləri yarada bilər. Buna görə də, şirkət hansı modelləri açıq şəkildə paylaşacağına daha ehtiyatla yanaşmalıdır. Meta rəhbərliyinin AI planındakı bu dəyişikliklərlə paralel olaraq, Zuckerberg-in vaxtının böyük hissəsini yeni işə götürülmüş mütəxəssislərlə birlikdə çalışdığı TBD Lab adlı xüsusi qrup tutur. The New York Times-ın yazdığına görə, bu komanda şirkətin Menlo Park qərargahında Zuckerberg-in ofisinə yaxın olan xüsusi, qapalı zonada fəaliyyət göstərir.
    Paylaş