Microsoft-dan Copilot xəbərdarlığı: Vacib qərarlar üçün istifadə etməyin
Süni İntellekt
06.04.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Microsoft-un istifadə şərtlərində yer alan bir ifadə son günlər sosial mediada geniş müzakirələrə səbəb olub. Şirkətin Copilot adlı süni intellekt xidmətinin istifadə qaydalarında qeyd olunur ki, bu xidmət “yalnız əyləncə məqsədi üçündür” və istifadəçilər onun verdiyi məlumatlara tam etibar etməməlidirlər.
İstifadə şərtlərinə əsasən, Copilot səhvlər edə bilər və həmişə düzgün işləməyə bilər. Buna görə də Microsoft istifadəçilərə vacib qərarlar qəbul edərkən Copilot-a güvənməməyi tövsiyə edir və xidmətdən istifadə zamanı riskin istifadəçinin üzərində olduğunu bildirir. Microsoft-un nümayəndəsi isə PCMag-a açıqlamasında bildirib ki, bu ifadə köhnə (legacy) mətnlərə aiddir və Copilot-un imkanları genişləndiyi üçün istifadə şərtlərindəki bu dil yaxın yeniləmələrdə dəyişdiriləcək.
Maraqlıdır ki, bu cür xəbərdarlıqlar təkcə Microsoft-a aid deyil. Digər süni intellekt şirkətləri də istifadəçilərə AI sistemlərinin səhv edə biləcəyini və təqdim olunan məlumatların tam həqiqət kimi qəbul edilməməli olduğunu bildirirlər. Məsələn, OpenAI və xAI də istifadəçilərə süni intellektin verdiyi cavabların yeganə doğru mənbə kimi qəbul edilməməsi barədə xəbərdarlıq edir. Bu isə onu göstərir ki, texnologiya nəhəngləri süni intellekt sistemlərini sürətlə inkişaf etdirsələr də, onların hələ də səhv etmə ehtimalını rəsmi şəkildə qəbul edirlər.
Paylaş