
Microsoft öz süni zəka modelləri üzərində çalışdığını təsdiqləyib
Süni İntellekt
07.04.2025
Emil
Süni zəka sistemlərinin yaradıcısı OpenAI ilə əməkdaşlıq etməsinə və ona 13.75 milyard dollar investisiya yatırmasına baxmayaraq, Microsoft şirkəti öz süni zəka modellərini yaratmaqla məşğuldur. Bunu Microsoft AI-nin baş direktoru Mustafa Suleyman təsdiqləyib. O bildirib ki, şirkət qabaqcıl süni zəka modelləri yaratmağa can atmır və bu yanaşmanın müsbət tərəflərini vurğulayıb. Microsoft AI rəhbəri qeyd edib ki, uzunmüddətli perspektivdə şirkətin müstəqil şəkildə süni zəka sahəsində fəaliyyət göstərə bilməsi “tamamilə həyati əhəmiyyət daşıyır”. Bununla belə, ən azı 2030-cu ilə qədər Microsoft OpenAI ilə sıx əməkdaşlığını davam etdirəcək.

O, həmçinin vurğulayıb ki, şirkət inqilabi modellər yaratmaq üçün xüsusi səy göstərmir. “Bizim süni zəka sahəsində inanılmaz dərəcədə güclü inkişaf komandamız, nəhəng hesablama resurslarımız var və bizim üçün ən vacib məsələ bu resursları dünyanın ən qabaqcıl modelini ilk olaraq yaratmağa sərf etməməkdir. Bu, olduqca, olduqca baha başa gəlir və bu səyləri təkrarlamağa ehtiyac yoxdur” - deyə Suleyman bildirib. O qeyd edib ki, süni zəka modellərini qabaqcıl həllərdən 4 və ya 6 ay gecikmə ilə yaratmağın üstünlükləri var. “Əslində bu bizim strategiyamızdır - bu modellərin kapitallaşma baxımından yüksək tələblərini nəzərə alaraq, ikinci sırada çox güclü şəkildə oynamaq” - deyə Microsoft AI rəhbəri bildirib.

Son zamanlar Microsoft və OpenAI arasında əvvəllər mövcud olan sıx tərəfdaşlıq münasibətlərində çatlar yaranıb. Bu, OpenAI-nin ABŞ ərazisində məlumat mərkəzləri inşa etməyi nəzərdə tutan və dəyəri 500 milyard dollar olan Stargate layihəsini elan etməsindən sonra baş verib. Bu layihədə OpenAI-nin tərəfdaşı isə rəqib bulud provayderi Oracle olub. Nəticədə Microsoft OpenAI üçün bulud hesablama xidmətlərinin eksklüziv təchizatçısı statusunu itirməklə yanaşı, şirkətin əsas investoru olmaq mövqeyini də əldən verib. Son maliyyələşdirmə raunduna SoftBank rəhbərlik edib və bu mərhələdə OpenAI 40 milyard dollar vəsait toplayıb.
Mənbə: Windows Central
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
DeepSeek süni zəka mdoellərinin effektivliklərini yüksəltməyin üsulunu tapıb
Çin startapı DeepSeek ilin əvvəlində düşünmə qabiliyyətinə malik R1 modelini təqdim etməklə məşhurlaşdı. Bu model, məhdud büdcəyə baxmayaraq, ABŞ-ın texnoloji nəhənglərinin süni zəka modelləri ilə rəqabət apara bildi.

Süni İntellekt
Meta Llama 4 süni zəka modellərini istifadəyə verib
Meta Platforms açıq mənbə koduna sahib süni zəka əsaslı modellərindən ibarət Llama 4 ailəsinin istifadəyə verildiyini elan edib. Bu ailəyə Llama 4 Scout, Maverick və Behemoth modelləri daxildir və onlar multimodal qarşılıqlı əlaqə imkanı təqdim edirlər.

Proqram Təminatı
Microsoft Copilot-a yaddaş, fərdiləşdirmə və s. imkanlar əlavə edilib
50 illik yubileyi münasibətilə Microsoft Copilot süni zəka köməkçisinə bir sıra yeni funksiyalar əlavə edib və bu onu ChatGPT və ya Claude kimi rəqiblərə daha çox bənzər hala gətirib.

Süni İntellekt
Fotoların tərtibatı üçün Midjourney V7 süni zəka sistemi təqdim edilib
Midjourney süni zəkaya əsaslanan V7 təsvir generatorunun alfa versiyasını təqdim edib. OpenAI-nin ChatGPT-sindən fərqli olaraq, bu model Ghibli üslubunda şəkillər yaratmaq üçün optimallaşdırılmayıb, lakin bu, onun estetik cəhətdən xoş təsvirlər yaratmasına mane olmur.

Süni İntellekt
BMT: "Süni zəka 2033-cü ilə qədər iş yerlərinin yarısını ixtisar edəcək"
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) proqnozuna görə, 2033-cü ilə qədər süni zəka bazarının həcmi 4.8 trilyon dollara çatacaq. Lakin süni zəkanın üstünlükləri məhdud iştirakçı dairəsi üçün əlçatan olacaq ki, bu da inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərqin daha da artmasına səbəb ola bilər.
Ən çox oxunanlar

İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
