
Microsoft və OpenAI ümumi süni zəka (AGI) mövzusunda razılığa gəliblər
Süni İntellekt
28.12.2024
Emil
Microsoft və OpenAI şirkətləri öz aralarında gələcəkdə ola biləcək ümumi süni zəkanın (AGI) kriteriyalarını təyin edəcək razılaşmanı əldə ediblər. İki şirkət bunu hansısa intellektual nailiyyət vasitəsilə deyil, maliyyə üzərindən etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, ümumi süni zəka dedikdə insan zəkası ilə eyni səviyyədə olan süni zəkadan söhbət, gedir. Tərəflər arasındakı razılaşmaya əsasən AGI səviyyəsinə yüksəlmə OpenAI texnologiyalarının minimum 100 milyard dollar gəlir gətirəcəkləri zaman baş verəcək. Bu cür razılaşma istiqaməti potensial ümumi süni zəkanın texniki tərəflərindən onun iqtisadi effektivliyinə yönləndirir.
OpenAI isə öz növbəsində 2029-cu ilə qədər gəlir əldə etməyi gözləmir. Bundan əlavə olaraq şirkət milyardlarla dollar vəsait itkisini yaşayır və bu da onun öz qarşısına qoyduğu məqsədlərə çatmaqda şübhələr doğurur. Digər tərəfdən bu razılaşma Microsoft üçün vacibdir. Məsələ burasındadır ki, AGI səviyyəsinə çatdıqdan sonra Microsoft-un OpenAI texnologiyalarına əlçatanlığı aradan qalxacaq. Belə ki, AGI anlayışı bir qədər səthidir və ona müxtəlif cür izah vermək olar. Microsoft hətta narahat idi ki, onun OpenAI şirkətinə təsirini aşağı salmaq üçün OpenAI öz növbəsində AGI səviyyəsinə çatdığını vaxtından tez elan edə bilər.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
