Mikroorqanizmlərə işarə edən fosfin birləşməsi yenidən Venera atmosferində aşkar edilib
Süni İntellekt
10.07.2023
Emil Nəcəfov
Kral Astronomik Cəmiyyətinin Kardiff şəhərində baş tutmuş yığıncağında Kardiff Universitetinin astronomu Jane Greaves bildirib ki, onun alimlərdən ibarət komandası Veneranın atmosferində yenidən fosfin adlı kimyəvi birləşməni aşkar ediblər. Qeyd etmək lazımdır ki, alimlər hələ 2020-ci ildə Venera atmosferində fosfin aşkar etdiklərini elan etmişdilər. Lakin həmin vaxtda bu xəbər mütəxəssislər tərəfindən sərt şəkildə tənqid edilmişdi və kənar müşahidələr vasitəsilə təsdiqlənməmişdi. Jane Greaves bildirib ki, fosfini Venera atmosferinin dərinliklərində axtarmaq lazımdır və o bunu bacarıb. Yer kürəsində fosfin mikroorqanizmlərin həyat fəaliyyətlərinin əks məhsuludur. Havada bu kimyəvi birləşmənin digər bir mənbəyi elmə hələ məlum deyil.
Bu fakt öz növbəsində fosfini kosmosda bioloji həyat növünün axtarılmasında istifadə edilən əsas faktorlardan biri kimi qəbul edilməsinə şərait yaradır. Ulduzlardan gələrək ekzoplanetlərin atmosferlərindən keçən işığın spektral və radio tezlikli diapazonda analizləri çox uzaq məsafədə yerləşən kosmik obyektlərdəki kimyəvi birləşmələri təyin etməyə imkan verirlər. Eyni üsul ilə bizim Günəş sistemimizdə yerləşən planetlərdəki kimyəvi birləşmələri də təyin etmək olar. Jane Greaves-in alimlərdən ibarət komandası Veneranın buludlarında fosfinin axtarılması üçün Havay adalarında yerləşən James Clerk Maxwell adlı teleskopdan istifadə ediblər. Nəticədə mütəxəssislər Venera buludlarında fosfini aşkar ediblər. Nəzəri cəhətdən bu mümkündür. Planetin səthində çətin ki, hansısa bioloji həyat növü mövcud ola bilsin.
Çünki Veneranın səthi o dərəcədə istidir ki, orda hətta qurğuşun da əriyir. Lakin planetin səthindən 50 km və daha çox yüksəklikdə təzyiq və temperatur baxımından şərait Yer kürəsindəki münbit şəraitə bənzəyir. Qeyd etmək lazımdır ki, digər alimlər tərəfindən Venerada fosfinin aşkar edilməsi cəhdləri uğursuz olmuşdular. Jane Greaves-in sözlərinə əsasən axtarışları digər yüksəklik göstəricisi çərçivəsində aparmaq lazım idi. Məlumatda qeyd edilib ki, Greaves-in komandası fosfinin izlərini Veneranın buludlardan ibarət layının ortasında aşkar edib. İndi isə elm cəmiyyətinin bu xəbərə reaksiyasını gözləmək qalır. Təəssüflər olsun ki, Rocket Lab şirkətinin Venera üçün nəzərdə tutulmuş missiyası 2025-ci ilə və ya bilinməyən müddətə kimi təxirə salınıb. Məhz bu missiya çərçivəsində planetin atmosferində fosfinin axtarılması üçün kosmik aparatın göndərilməsi nəzərdə tutulub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddisı ilə məhkəməyə verilib