main-post-cover

    NASA: 'Ayda mikrob həyat növü mövcud ola bilər'

    Süni İntellekt
    19.06.2023
    Emil Nəcəfov
        NASA-nın planetoloqlarından biri olan Prabal Saxena Ayın cənub qütbündəki qaranlıq kraterlərdə mikrob həyat növünün ola biləcəyi fərziyyəsini irəli sürüb. Onun fikrincə Ayın bu sahəsində Günəş radiasiyasının olmaması kraterlərdə ekstremofil-anaerobların inkişaf etmələrinə şərait yarada bilər. İndiyənə kimi heç bir insan Ayın cənub qütbünə ayaq basmayıb. Lakin məlumdur ki, Ayın həmin regionundakı kraterlərinin daxilində buz mövcuddur. Gələcəkdə astronavtlar raket yanacağının əldə edilməsində və şəxsi ehtiyaclarda həmin buzdan istifadə edə bilərlər.
        Kraterlərin bəzi hissələri daimi şəkildə qaranlıq mühitdə olurlar. Nəticədə zərərli Günəş şüalanması kraterlərin həmin hissələrinə çata bilmir. Buna görə də kraterlərin həmin hissələri ekstremal mikroblar üçün yaşayış yeri ola bilərlər. Bu fərziyyəyə tutarlı arqument kimi mütəxəssislər Deinococcus radiodurans adlı bakteriyanın BKS-dən (Beynəlxalq Kosmik Stansiya) kənarda 1 il ərzində yaşaya bildiyinin aşkar edildiyini söyləyiblər. Hər halda əgər Ayda hal hazırda mikrob həyat növü olmasa belə gələcəkdə insanların daimi şəkildə orda məskunlaşacaqları zaman bu, mütləq şəkildə baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər