Logo
    main-post-cover

    Nyu-York şəhər şurası üzvü jurnalistlərin suallarına süni zəka vasitəsilə cavab verirmiş

    Süni İntellekt
    20.12.2023
    Emil
         Bir neçə müddət bundan öncə Nyu-York şəhər şurasına üzv seçilmiş Susan Zhuang etiraf edib ki, o, City & State adlı yerli nəşriyyatın suallarına cavabların verilməsi məsələsində süni zəka imkanlarından istifadə edib. Onun sözlərinə əsasən ingilis dili onun doğma dili deyil. Buna görə də o, fikirlərin daha yaxşı anlaşılması və təqdimatı üçün süni zəka alətlərindən istifadə edir. “İnsanı Nyu-York sakini edən nədir?” sualına Susan-ın cavabı New York Post qəzetinin jurnalistlərini şübhələndirib.
         Belə ki, cavab mətni xarakterik olmayan tərzə sahib olub və süni zəka tərəfindən tərtib edilmiş cavaba bənzəyib. Xüsusi servis vasitəsilə aparılmış yoxlanış nəticəsində məlum olub ki, Susan-ın cavabı əslində süni zəka tərəfindən tərtib edilib. Susan-ın jurnalistlərin bütün suallarına və ya yalnız bu suala sözügedən üsul vasitəsilə cavab verdiyi bilinmir. Lakin siyasətçilər və məmurlar tərəfindən bu cür texnologiyaların istifadəsi məsələsi geniş müzakirə mövzusuna çevrilib.
    Paylaş