Logo
    OpenAI ChatGPT-də danışığı canlı mətnə çevirən funksiyanı təqdim etdi

    OpenAI ChatGPT-də danışığı canlı mətnə çevirən funksiyanı təqdim etdi

        “OpenAI” “ChatGPT” üçün danışığı eyni anda mətnə çevirən “Live Dictation” funksiyasını açır. Əvvəllər diktə yalnız səs yazısı bitəndən sonra mətnə çevrilirdi. İndi isə istifadəçi danışdıqca mətn ekranda görünür. Yenilik dünyanın hər yerində bütün “ChatGPT” planlarına açılır. Funksiya veb versiyada, masaüstü proqramda, “iOS” və “Android” tətbiqlərində işləyir.
        İstifadəçi diktə zamanı səs dalğası işarəsinə toxunaraq və ya klikləyərək yaranan mətni canlı görə bilər. Danışıq bitəndə mətn sorğu xanasına düşür. Onu redaktə etdikdən sonra göndərmək olur. Beləliklə, səhv tanınan sözləri düzəltmək və uzun səsli sorğuları daha rahat hazırlamaq olar.
        “OpenAI” eyni yeniləmə ilə səsli diktə üçün 10 dəqiqəlik yazı limitini də aradan qaldırıb. İstifadəçilər artıq uzun danışığı hissələrə bölmədən yaza biləcəklər. Şirkətin məlumatına görə, diktə funksiyası daha etibarlı işləyir. Ancaq dəqiqlik səviyyəsi və hansı dillərin dəstəkləndiyi açıqlanmayıb.
        “ChatGPT”nin qarşılıqlı səsli söhbət rejimi bu ilin əvvəlində yenilənmişdi. “OpenAI” ötən il səsli qeydləri və görüşləri mətnə çevirən “record mode” funksiyasını da elan etmişdi. Hələ sınaq mərhələsində olan bu funksiya yalnız “Plus”, “Enterprise”, “Edu”, “Business” və “Pro” iş sahələrində açıqdır. Adi diktə ilə səsli mesajı mətnə çevirmək və ya həmin mətni qısa bəndlərə ayırmaq olur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...