OpenAI “Frontier”i təqdim etdi
Süni İntellekt
05.02.2026
Ilhama
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, OpenAI yeni platforması olan Frontier-i istifadəyə verib.
Şirkətin açıqlamasına görə, Frontier şirkətlərə süni intellekt agentlərini yaratmaq, işə salmaq və idarə etmək imkanı verir. Üstəlik, bu agentlər təkcə OpenAI tərəfindən hazırlanmış olmaya da bilər. Platforma fərqli şirkətlərin və ya müştərilərin özlərinin yaratdığı agentlərlə də işləyə bilir.
OpenAI Frontier-in məntiqi demək olar ki, HR sistemini xatırladır, amma bu dəfə işçilər insanlar yox, süni intellekt agentləridir. Platforma agentlərə iş mühitində lazım olan bacarıqları təqdim edir. Hazırda Frontier yalnız məhdud sayda müştəri üçün əlçatandır.
İlk istifadəçilər arasında Intuit, State Farm, Thermo Fisher və Uber kimi iri şirkətlər var. OpenAI qiymətlərlə bağlı hələlik açıqlama vermir.
Paylaş