OpenAI-ın süni intellekt cihazı 300–400 dollara satışa çıxa bilər
Süni İntellekt
07.08.2026
Sevinj
OpenAI-ın üzərində işlədiyi yeni süni intellekt cihazı ilə bağlı yeni detallar məlum olub. Daha əvvəl ChatGPT-nin “fiziki təzahürü” kimi təsvir edilən məhsulun ağıllı dinamik (smart speaker) formatında olacağı bildirilirdi.
Bloomberg nəşrinin yaydığı məlumata görə, cihaz halqa formasında dizayn ediləcək. Bu yanaşma istifadəçilərə cihazı ev daxilində rahat şəkildə müxtəlif məkanlara yerləşdirməyə imkan verəcək.
Məlumatda qeyd olunur ki, cihaz yüksək keyfiyyətli metaldan hazırlanacaq və premium görünüşə sahib olacaq. Bundan əlavə, onun hansı məqsədə xidmət etdiyi hələ açıqlanmayan “hərəkətli hissələrə” malik olacağı da iddia edilir.
Qiymət baxımından isə OpenAI-ın yeni cihazının bazardakı əksər ağıllı dinamiklərdən daha bahalı olacağı gözlənilir. Məlumata əsasən, məhsulun 300–400 dollar arasında satılması planlaşdırılır. Müqayisə üçün qeyd edək ki, Amazon-un Echo seriyasına daxil olan ağıllı dinamiklərin qiyməti təxminən 40–240 dollar arasında dəyişir.
Paylaş
