
OpenAI-nin ChatGPT-ə qoyduğu "gizli qaydalar" yanlışlıqla üzə çıxıb!
Süni İntellekt
05.07.2024
Aslan
ChatGPT, onda göndərilən "Hi" mesajına OpenAI-nin qoyduğu gizli təlimatlarla cavab verib. Beləliklə, OpenAI-nin ChatGPT-nin cavablarını necə məhdudlaşdırdığı aydın olub.
Sözügedən hadisə, bir istifadəçinin ChatGPT-ə daxil olub “Hi” yazması ilə başlayıb. Təcrübələrini Reddit-də bölüşən istifadəçi, OpenAI-nin ChatGPT üçün qoyduğu təlimatları hamıya açıq şəkildə paylaşıb.

OpenAI tərəfindən ChatGPT-yə verilən təlimatlara baxdığımızda mətndən şəkil yaratma vasitəsi olan DALL-E ilə bağlı diqqəti çəkən bir məsələni görürük. Belə ki, təlimatlardan da aydın olduğu kimi OpenAI-nin süni intellekti hər sorğu başına bir şəkil yaratmaq üçün məhdudlaşdırdığı görünür. Əlavə olaraq, OpenAI da ChatGPT-nin müəlliflik hüququndan yayınmasını istəyir və bununla bağlı təlimat da təqdim olunub. OpenAI, ChatGPT-ə veb sorğularla bağlı bəzi göstərişlər də vermiş kimi görünür. ChatGPT-nin paylaşdığı məlumata görə, süni intellekt yalnız ondan nəsə tələb olunduqda onlayn olur. Nəticələr səhifəsinin 3-10 səhifəsini skan edən süni intellekt, bəzi müqayisələr aparır və cavabı daha etibarlı etmək üçün etibarlı mənbələri müəyyənləşdirir. OpenAI-nin ChatGPT-ə qoyduğu təlimatlara buradan baxa bilərsiniz.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
