Logo
    main-post-cover

    Otter bütün iş alətlərini bir platformada birləşdirir

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, süni intellektlə işləyən görüş qeydləri tətbiqləri artıq sadəcə danışıqları yazıya köçürmək və xülasə hazırlamaqla kifayətlənmir. Bu sahədə fəaliyyət göstərən platformalar biznes modelini genişləndirərək daha kompleks “iş mühiti” rolunu üzərlərinə götürməyə çalışır. Bu istiqamətdə son addımı isə Otter atıb.
    Pricing | Otter.ai
        Şirkət yeni funksiyası ilə istifadəçilərə fərqli platformalardakı məlumatları bir mərkəzdə toplamaq və axtarmaq imkanı yaradır. Bu yenilik Model Context Protocol (MCP) üzərindən işləyir və Otter-i digər tətbiqlərlə inteqrasiya edən “client” roluna çevirir. Yeni imkan sayəsində istifadəçilər Gmail, Google Drive, Notion, Jira və Salesforce kimi xidmətləri Otter-ə qoşaraq bu platformalardakı məlumatları görüş qeydləri ilə birlikdə axtara bilirlər. Yaxın zamanda isə Microsoft Outlook, Microsoft Teams, SharePoint və Slack inteqrasiyalarının da əlavə olunacağı bildirilir.
        Bundan əlavə, istifadəçilər artıq yalnız axtarış etməklə kifayətlənmir. Məsələn, görüş xülasəsini birbaşa Notion-a göndərə və ya Gmail üçün avtomatik məktub layihəsi yarada bilirlər. Platformanın süni intellekt köməkçisi də yenilənib və interfeysin bütün hissələrində aktiv işləyərək istifadəçinin baxdığı kontekstə uyğun cavablar verir.
        Otter eyni zamanda “botsuz” görüş qeyd etmə funksiyasını da inkişaf etdirir. Bu texnologiya sayəsində tətbiq görüşə ayrıca bot qoşmadan, cihazın sistem səsi vasitəsilə qeydlər aparır. Bununla belə, şirkətin CEO-su Sam Liang bildirib ki, korporativ müştərilər hələ də şəffaflıq səbəbilə görüşə qoşulan bot modelinə üstünlük verir.
        Digər tərəfdən, platforma eyni görüşə birdən çox botun qoşulmasının qarşısını alan “deduplication” funksiyası da təqdim edib. Bu, bəzən görüşdə iştirak edən botların sayının insanlardan çox olması kimi problemlərin qarşısını almağa kömək edir. Otter-in inkişaf tempi də diqqət çəkir. Şirkət ötən il 25 milyon istifadəçi və 100 milyon dollar illik gəlir açıqlasa da, hazırda istifadəçi sayı 35 milyona çatıb.
     
    Paylaş