Logo
    main-post-cover

    Özbaşına hərəkət edən bir süni intellekt 3800 ədəd avtomobilə yanlış cərimə yazıb!

    Süni İntellekt
    04.12.2024
    Farid

         New York-da avtobuslara yerləşdirilən süni intellekt dəstəkli kameralar qaydalara zidd park edən avtomobillərə cərimə yazmalı idi. Lakin özbaşına hərəkət edən süni intellekt 3.800 səhv cərimənin yazılmasına səbəb olub.

         Həyatımızın demək olar ki, hər sahəsində özünü göstərməyə başlayan süni intellekt ABŞ-da maraqlı bir layihə üçün istifadə edilib. New York-da həyata keçirilən layihə çərçivəsində bələdiyyə avtobusları süni intellekt dəstəkli kameralarla təchiz edilmişdi. Məqsəd avtobus dayanacaqlarına park edən avtomobilləri müəyyənləşdirib onlara cərimə tətbiq etmək idi. Lakin işlər planlaşdırıldığı kimi getməyib. Belə ki, süni intellekt dəstəkli kameralar 3.800 avtomobilə səhv cərimə yazıb. Həmin avtomobillər park qaydalarını pozmamışdılar. Ancaq New York Bələdiyyəsi bu cərimələrin ləğv edildiyini elan edib.
         Açıqlamalara görə, New York-dakı avtobuslara yerləşdirilən süni intellekt dəstəkli kameralar tamamilə özbaşına cərimə tətbiq edib. Rəsmilərin bildirdiyinə görə, süni intellekt bəzən düzgün park etmiş avtomobillərə, bəzən isə müəyyən edilmiş marşrutlardan kənar olan avtomobillərə cərimə yazıb. Süni intellekt dəstəkli kameralar ilk mərhələdə uğursuz olsa da, rəsmilər layihəni dayandırmayıblar. Yəni New York-dakı avtobuslar süni intellekt dəstəkli kameralardan istifadə etməyə davam edəcəklər. Lakin layihə komandası proqram təminatındakı problemləri aradan qaldırıb. Bu da gələcəkdə səhv cərimələrin yazılmasının qarşısını alacaq.
    Paylaş
    Bənzər xəbərlər