main-post-cover

    Perseverance aparatı Mars atmosferindən oksigen əldə etməyi bacarıb

    Süni İntellekt
    22.04.2021
    Farid Pardashunas
        Mars planetinin səthində olan Perseverance aparatı CO2-nin (karbon dioksid) uğurla təkrar emalı sayəsində oksigen əldə edə bilib. Bu uğurlu təcrübə onu sübut edir ki, gələcəkdə Marsa yollanacaq ilk astronavtlar yerindəcə Mars atmosferindən oksigen əldə edə biləcəklər. Mars atmosferinin 96%-i CO2-dən ibarətdir. Ondan oksigenin alınmasında Perseverance aparatının sahib olduğu MOXIE adlı təcrübi cihaz yardımçı olub. Sözügedən cihaz avtomobil akkumulyatoru ölçüsündədir. Beləliklə bu cihaz istilik və elektrik cərəyanı sayəsində CO2 molekullarını oksigenə (O) və dəm qazına (CO) ayırıb.
        Bu proses çərçivəsində əldə olunmuş oksigen miqdarı 5.4 qramm təşkil edib. Bu isə astronavtın skafandrda 10 dəqiqə nəfəs almasına kifayət edir. Mütəxəssislər qeyd ediblər ki, yaxın 2 il ərzində onlar bu təcrübəni 9 dəfə təkrarlamaq niyyətindədirlər. CO2-nin təkrar emalı sayəsində oksigenin əldə olunması nəzəri cəhətdən həmçinin raket yanacağının istehsalı kimi vacib komponentin reallaşdırılması imkanını da yaradır. Qeyd etmək lazımdır ki, NASA-nın Perseverance aparatı 18 fevral tarixində Mars səthinə eniş etmişdi. Onun əsas missiyası planetdə bioloji həyat formasının izlərini aşkar etmək və Mars süxurlarının nümunələrini yığıb onları Yer kürəsinə göndərməkdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər