Reklam
Planeti oksigen çatışmazlığı gözləyir: İqlim dəyişiklikləri səbəbilə meşələr təhlükə altındadırlar

Planeti oksigen çatışmazlığı gözləyir: İqlim dəyişiklikləri səbəbilə meşələr təhlükə altındadırlar

Süni zəka və Elm
13.09.2022 PAYLAŞIM

    Daha əvvəllər alimlər hesab edirdilər ki, ağacların yarpaqları ətraf mühitdə temperaturun yüksək olduğu halda da fotosintez üçün lazımi temperatur səviyyəsini dəstəkləyirlər. Lakin aparılmış yeni tədqiqat bunun belə olmadığını göstərib və yaxın gələcəkdə insanlar yeni qlobal ekoloji problem ilə qarşılaşa bilərlər. Söhbət, oksigen çatışmazlığından gedir. ABŞ-ın Oreqon Dövlət Universitetinin tədqiqatçıları bir neçə fəsil ərzində Şimali və Mərkəzi Amerikanın meşələrini termal aparatlar vasitəsilə müşahidə ediblər. Sözügedən xüsusi termal aparatlar xüsusi qüllələrdə yerləşdirilib və onlar tropik və alp meşələrindən olan müxtəlif məlumatları yığıblar. Yığılmış məlumatlara misal olaraq meşə massivləri ilə atmosfer arasındakı enerji, karbon su mübadiləsini gətirmək olar. Klimatoloqlar əldə edilmiş məlumatları analiz edəndən sonra belə qənaətə gəliblər ki, heç də bütün yarpaqlar fotosintez üçün lazım olan temperatur səviyyəsini dəstəkləyə bilmirlər.

    Qeyd etmək lazımdır ki, fotosintez üçün ideal temperatur göstəricisi 15-30 dərəcə Selsi təşkil edir. Məhz bu temperatur şəraitində Günəş işığı ilə CO2 qazının oksigenə çevrilməsi prosesi gedir. Tədqiqatçıların müşahidə etdikləri meşələrdəki ağac yarpaqları isə ətraf havadan daha çox qızıblar. Tədqiqatçılar düşünürlər ki, yarpaqların temperaturlarına çoxlu sayda faktor təsir göstərir. Bura həmçinin iqlim və yarpaqların formaları da daxildir. Məsələn daha isti və quraqlıq regionlarda ağacların yarpaqları daha kiçik ölçüyə sahibdirlər və onlar isti mühitə adaptasiya olublar. Bundan əlavə olaraq həmin yarpaqlar Günəş işığını əks etdirə bilirlər. Rütubətli iqlim şəraitinə sahib regionlarda isə ağacların yarpaqları daha böyük ölçüyə sahibdirlər. Bu səbəbdən də onların temperaturları daha tez artır.


    Beləliklə əldə edilmiş məlumatların analizindən sonra tədqiqatçılar belə qənaətə gəliblər ki, yarpaqların öz temperaturlarını aşağı salma bacarığına sahib olmalarına dair fərziyyə heç də doğru deyil. Bir qayda olaraq yarpaqların fotosintez üçün uyğun temperatura kimi soyumaları nəticəsində qlobal istiləşmənin meşələrə vura biləcəyi zərərin aşağı salınması faktı da şübhə altına düşür. Oreqon Dövlət Universitetindən olan mütəxəssislər narahatdırlar ki, planetdəki ortalama temperatur göstəricisinin artması nəticəsində meşələr daha çox stress vəziyyətinə düşəcəklər və bu da öz növbəsində atmosferdən CO2 qazının udulması və bir qayda olaraq oksigenin ifraz edilməsi prosesini ləngidəcək. Beləliklə söyləmək olar ki, Yer kürəsinin “yaşıl ağciyərləri” təhlükə altındadırlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ay Yer kürəsi ilə digər planetin toqquşmasından bir neçə saat sonra formalaşmış ..

Məşhur olan fərziyyəyə əsasən milyardlarla il bundan öncə Yer kürəsinin nəzəri hesab edilən Teya adl..


Alimlər: 'Süd Yolu qalaktikasında Yer kürəsinə bənzər planetlərin mövcud olma eh..

Bu və ya digər planetdə həyatın yaranması üçün planet ilk növbədə öz ulduzu ətrafında yaşayış zonası..


Marsın Cənub qütb regionunda yeraltı göl mövcud ola bilər

Alimlər artıq uzun illərdir ki, Marsda maye şəklində su tapmağa ümid edirlər. Bu cür kəşf öz növbəsi..


Qara dəliklər partlaya bilirlərmi?

Qara dəliklər çox böyük kütləyə sahib kosmik obyektlərdir və onlar öz ətraflarında olan akresiya dis..


NASA-nın kosmik aparatı uğurlu şəkildə asteroidlə toqquşub (VİDEO)

Tarixdə ilk dəfə insan əli ilə hazırlanmış kosmik aparat asteroid ilə toqquşub.


NASA-nın kosmik aparatı gecə saatlarında asteroidlə toqquşacaq (VİDEO)

NASA-nın Double Asteroid Redirection Test (DART) adlı missiyası artıq final mərhələyə yaxınlaşır...

×