Logo
    main-post-cover

    StubHub ChatGPT-yə inteqrasiya olundu

        Technote.az “TechRadar” platformasına istinadən bildirir ki, StubHub ChatGPT üzərindən istifadə edilə bilən üçüncü tərəf tətbiqlərindən birinə çevrilib. Bu yenilik sayəsində istifadəçilər konsert, idman qarşılaşması və ya şou biletlərini birbaşa ChatGPT daxilində, sadə dialoq formasında axtara bilirlər.
    StubHub ChatGPT
        İstifadə üçün ChatGPT-nin Apps bölməsində StubHub tətbiqini aktivləşdirmək və “connect” düyməsinə basmaq kifayətdir. Daha sonra ya StubHub tətbiq səhifəsindən söhbətə başlamaq, ya da sorğunu “@StubHub” ilə yazmaq olar. İstədiyiniz tədbirin növünü, tarixini və büdcənizi yazırsınız, ChatGPT isə StubHub-un milyonlarla biletdən ibarət real vaxt inventarına əsaslanaraq uyğun variantları göstərir.
        Söhbət zamanı yerlər, tarixlər və qiymətlər ekranda görünür. Məsələn, “@StubHub Yankees-in ev oyunları nə vaxtdır?” sorğusu verildikdə, oyun təqvimi, rəqiblər və biletlərin qiymətləri təqdim olunur. Daha sonra süni intellekt seçimləri qiymətə, həftəsonuna və ya konkret rəqib komandaya görə daraltmağı da təklif edir. Əgər biletlər bahadırsa, sadəcə “daha ucuzunu göstər” demək kifayətdir. ChatGPT əvvəlki istəyi yadda saxlayaraq alternativ, daha münasib variantları tapır. Bilet seçimi tamamlandıqdan sonra istifadəçi ödəniş üçün StubHub-un rəsmi saytına yönləndirilir. Bu keçid bir qədər axıcılığı pozsa da, faktiki olaraq bütün qərarlar artıq ChatGPT-də verildiyi üçün alış prosesi çox sürətli başa çatır.
    Paylaş