Logo
    main-post-cover

    Sapiom AI agentlər üçün maliyyə infrastrukturu qurur

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Sapiom adlı startap süni intellekt agentlərinin özləri üçün proqram təminatı və texnoloji xidmətlər ala bilməsini asanlaşdırmaq məqsədilə 15 milyon dollar investisiya cəlb edib.
        Son dövrlər proqramlaşdırma biliyi olmayan insanlar belə “vibe coding” adlanan yanaşma ilə, yəni sadə mətn təsvirləri vasitəsilə öz tətbiqlərini yarada bilirlər. Lovable kimi platformalar prototiplər üçün bu prosesi xeyli sadələşdirsə də, tətbiqi real istifadəyə çıxarmaq zamanı problemlər yaranır. Əsas çətinlik SMS göndərilməsi, e-poçt, ödənişlərin qəbulu kimi xidmətlər üçün əlavə texniki və maliyyə inteqrasiyalarının tələb olunmasıdır.
        Startapın 15 milyon dollarlıq seed raunduna Accel liderlik edib. Raundda həmçinin Okta Ventures, Menlo Ventures, AnthropicCoinbase Ventures iştirak edib. Accel-in tərəfdaşı Amit Kumar hesab edir ki, AI agentlərin real biznes mühitində işləməsi üçün ən vacib boşluq məhz maliyyə qatıdır. Hazırda Sapiom əsasən B2B həllərə fokuslanır. Məqsəd vibe-coding platformaları və AI agent yaradan şirkətlər üçün “görünməz” ödəniş infrastrukturu təmin etməkdir. Gələcəkdə isə bu texnologiyanın şəxsi AI agentlərə də tətbiq olunacağı, məsələn, Uber sifarişi və ya onlayn alış-veriş kimi əməliyyatları avtomatik yerinə yetirəcəyi gözlənilir.
    Paylaş