SpaceX Cursor-u rəsmi olaraq satın aldı
Süni İntellekt
17.08.2026
Sevinj
SpaceX süni intellekt əsaslı kodlaşdırma platforması Cursor-un satınalmasını rəsmən tamamlayıb. Bu barədə Cursor öz rəsmi bloqunda məlumat yayıb. SpaceX və Cursor arasında əməkdaşlıq hələ aprel ayında başlamışdı. Həmin vaxt şirkətlər yeni texnologiyaların birgə hazırlanması ilə bağlı razılığa gəlmiş, müqavilə çərçivəsində SpaceX-ə Cursor-u 60 milyard dollara satın almaq imkanı da verilmişdi.
İki ay sonra SpaceX-in birjaya çıxmasından sonra tərəflər satınalma prosesinin davam etdiriləcəyini açıqlamışdılar. İndi isə sövdələşmə rəsmən başa çatıb və Cursor SpaceX-in tərkibinə keçib. Cursor-un açıqlamasında satınalmanın əsas üstünlüklərindən biri kimi SpaceX-in nəhəng hesablama infrastrukturu göstərilir. Şirkət bildirir ki, SpaceX-in tərkibinə keçməklə Cursor dünyanın ən böyük GPU parklarından birinə çıxış əldə edəcək. SpaceX son dövrlərdə süni intellekt üçün tələb olunan hesablama gücünə ciddi investisiya edir. Şirkətin hesablama infrastrukturu Anthropic və Google kimi şirkətlər tərəfindən də istifadə olunur. Cursor hesab edir ki, SpaceX-in hesablama imkanları onun süni intellekt əsaslı proqramlaşdırma alətlərini daha böyük miqyasda inkişaf etdirməsinə imkan verəcək.
Paylaş
