Logo
    main-post-cover

    Süni zəka son 60 ildə ilk dəfə effektiv antibiotik yaradıb

    Süni İntellekt
    30.12.2023
    Emil
         Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri müxtəlif növ xəstəliklərə səbəb olan və daha öncə yenilməz hesab edilmiş qızılı stafilokokk (MRSA) adlı bakteriya üçün yeni effektiv antibiotiki kəşf ediblər. Bu mövzuda mikrobioloqlara deep learning sistemi  yardımçı olub. Süni zəka MRSA bakteriyasının kimyəıvi strukturunu və onu məhv edə biləcək kimyəvi birləşmələri analiz edib. 12 milyon kimyəvi birləşmə arasından süni zəka sistemi potensial namizəd ola biləcək 280 ədəd kimyəvi birləşməni seçib. Seçilmiş 280 kimyəvi birləşmə isə öz növbəsində 5 müxtəlif sinifə ayrılıb.
         Aparılmış testlərdən sonra mütəxəssislər siniflərdən birində olmuş 2 kimyəvi birləşməni seçiblər. Məlum olub ki, seçilmiş 2 kimyəvi birləşmə siçanlar üzərində aparılmış təcrübə çərçivəsində MRSA-ya qarşı daha aktiv reaksiya veriblər. Belə ki, həmin kimyəvi birləşmələr siçanların orqanizmlərindəki MRSA bakteriyasının yayılmasını 10 dəfə aşağı salıblar. Bu təcrübə əsasında hazırlanacaq yeni dərman preparatları hələ müxtəlif kliniki testlərdən keçəcəklər. İlk növbədə onların insanlar üçün təhlükəsiz olduqlarına əmin olmaq lazımdır.
    Paylaş