
Süni zəka vasitəsilə tərtib edilmiş mahnı dünyanın ən çox dinlənilən mahnılardan birinə çevrilib (VİDEO)
Süni İntellekt
26.08.2024
Emil
Spotify musiqi servisinin dünya çartları siyahısının ilk üçlüyünə süni zəka vasitəsilə tərtib edilmiş mahnı daxil olub. Parodiya məqsədli bu mahnı öz növbəsində Almaniyanın kütləvi informasiya vasitələri tərəfindən neqativ fikirlər əldə edib. Mahnı “In love with a Talahon” (alman dilində “Verknallt in einen Talahon”) adlanır. Mahnı Josua Waghubinger tərəfindən Udio adlı servis vasitəsilə tərtib edilib. Qeyd etmək lazımdır ki, bu servis süni zəka əsasında musiqi tərtibatı imkanını verən servisdir.
Josua servisə mahnı üçün nəzərdə tutulmuş sözləri əlavə edib və daha sonra mətn formatında təsvirlər əsasında vokal ilə musiqini əlavə edib. Josua-nın əsas məqsədi sürətlə məşhur ola biləcək mahnını tərtib etmək olub və nəticədə bu onda alınıb. Lakin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə mahnı neqativ qiymətləndirməyə məruz qalıb. Belə ki, məlumata əsasən mahnı özündə immiqrantlar ilə bağlı stereotipləri birləşdirir.
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
Süni zəka sistemlərindən biri heç gözlənilmədən öz kodunu dəyişməyə cəhd göstərib
Tokionun Sakana AI adlı elmi-tədqiqat şirkəti The AI Scientist adlı süni zəka sistemini təqdim edib.

Süni İntellekt
Süni intellekt, dil şəklindən istifadə edərək 98% dəqiqliklə xəstəliyin diaqnozunu qoya bilib!
Tədqiqatçılar, dil fotoşəkillərini maşın öyrənmə üsulu ilə təhlil edərək bəzi xəstəliklərə çox yüksək dəqiqliklə diaqnoz qoymağı bacarıblar.

Elm & Texnologiya
Bu əsrin ortasına kimi insan səkazı ilə süni zəka birləşə bilər
Sinqulyarlıq konsepsiyası kvant fizikası dünyasından gəlib. Bu, insan zəkasının süni zəka ilə birləşməsi konsepsiyasıdır.

Süni İntellekt
TikTok-un sahibi ByteDance, Jimeng AI adlı öz video süni intellekt alətini təqdim edib!
Xüsusilə Çin şirkətləri tərəfindən hazırlanmış video süni intellekt proqramları, getdikcə populyarlaşmağa başlayır. İndi isə Tiktok şirkətinin sahibi olan ByteDance, Jimeng AI adlı öz mətndən videoya süni intellekt tətbiqini təqdim edib.

Süni İntellekt
Ev tapşırıqlarını ChatGPT ilə yerinə yetirən tələbələr üçün pis xəbər!
OpenAI, ChatGPT tərəfindən yaradılan mətnə filiqran (əskinaslarda, poçt pullarından və dövlətə aid rəsmi sənədlərdə saxtakarlığın qarşısını almaq məqsədiylə tez-tez istifadə olunan şəkil və ya yazı) qoymaq və filiqranı aşkar etmək üçün alət üzərində işləyir. Lakin şirkət, bu aləti buraxmaqda tərəddüd edir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
