main-post-cover

    Tarixdə ilk dəfə əldə edilmiş qara dəlik fotosunun keyfiyyəti süni zəka vasitəsilə yaxşılaşdırılıb

    Süni İntellekt
    14.04.2023
    Farid Pardashunas
        Alimlər qara dəliyin tarixdə ilk fotosunu 2017-ci ildə əldə etmişdilər. Söhbət, Messier 87 adlı qalaktikanın mərkəzində yerləşən superkütləli qara dəlikdən gedir. Bu qara dəlik Yer kürəsindən 53 milyon işıq ili uzaqlığında yerləşir. İndi isə məlum olub ki, amerikalı alimlər 2017-ci ildə əldə edilmiş fotonun keyfiyyətini süni zəka vasitəsilə yaxşılaşdırıblar. Orijinal fotoda qara dəlik bulanıq şəkildə əks olunmuş ponçikə bənzəyir. Buna görə də mütəxəssislər fotonun keyfiyyətini machine learning əsasında hazırlanmış PRIMO adlı alqoritm vasitəsilə yaxşılaşdırmağa çalışıblar. Mütəxəssislər bildiriblər ki, sözügedən alqoritm qara dəliyin 30 000 ədəd simulyasiyası əsasında təlimatlandırılıb. Başqa sözlə desək, alqoritm çalışma prosesində insanlara qara dəliklər barəsində məlum olan bütün məlumatlardan istifadə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər