![main-post-cover](https://static.technote.az/media/posts/thumbnail/GettyImages-3297187.jpeg)
The Beatles qrupu süni zəka sayəsində "Grammy" mükafatını qazanıb
Süni İntellekt
04.02.2025
Emil
Bu həftə Los-Ancelesdə növbəti "Grammy" mükafatlandırma mərasimi keçirildi. Əfsanəvi The Beatles qrupu öz tarixində səkkizinci dəfə bu mükafata layiq görülərək, "Now and Then" mahnısı ilə ən yaxşı rok ifaçısı seçildi. Bu mahnı süni zəkanın köməyi ilə bərpa edilib. "Now and Then" mahnısı 2023-cü ilin sonunda ictimaiyyətə təqdim olunmuşdu. Lakin onun tarixi bir neçə onillik əvvəl başlayıb. The Beatles qrupupunun mərhum üzvü John Lennon bu mahnının demo versiyasını 70-ci illərin sonunda yazmışdı.
Daha sonra bu səs yazısı digər bir neçə treklə birlikdə The Beatles Anthology layihəsinə daxil edilməsi üçün qrupun digər üzvlərinə təhvil verildi. Lakin o dövrdəki texniki məhdudiyyətlər Lennon-un vokalını piano səslərindən ayırmağa imkan vermədiyi üçün mahnının tamamlanması mümkün olmadı. Mahnının üzərindəki iş 2021-ci ildə The Beatles qrupunun digər üzvləri Paul McCartney və Ringo Starr tərəfindən, rejissor Peter Jackson-un texniki mütəxəssisləri ilə birlikdə tamamlandı.
Mühəndislər machine learning texnologiyasından istifadə edərək xüsusi bir alqoritm yaratdılar. Bu da səs yazısının fərqli hissələrini bir-birindən ayırmağa və səslənməni daha təmiz etməyə imkan verdi. Qeyd olunur ki, trekin hazırlanması zamanı heç bir süni element yaradılmayıb. Bununla bağlı Paul McCartney 2023-cü ildə bəyan etmişdi ki, süni zəka yalnız mövcud materialı emal etmək üçün istifadə edilib, lakin heç bir süni vokal və ya əlavə səs yaradılmayıb.
Mənbə: The Verge
Paylaş
Bənzər xəbərlər
![suni-zeka-terefinden-yaradilmis-dermanlarin-klinik-testlerine-bu-il-start-verilecek](https://static.technote.az/media/posts/thumbnail/gettyimages-1290225107.jpeg)
Süni İntellekt
Süni zəka tərəfindən yaradılmış dərmanların klinik testlərinə bu il start veriləcək
Google ilə birlikdə Alphabet holdinqinin tərkibinə daxil olan Isomorphic Labs şirkəti süni zəkanın tətbiqi ilə yaradılmış dərmanların klinik sınaqlarına başlamağa hazırlaşır.
![deepseek-in-cat-botu-butun-dunyada-yuklenme-sayina-gore-birinci-yerdedir](https://static.technote.az/media/posts/thumbnail/STKB320_DEEPSEEK_AI_CVIRGINIA_C.jpeg)
Proqram Təminatı
DeepSeek-in çat-botu bütün dünyada yüklənmə sayına görə birinci yerdədir
Çin startapı DeepSeek-in süni zəka əsaslı çat-botu 140 ölkədə ən çox yüklənən mobil tətbiqlər siyahısında birinci yerə yüksəlib. Bloomberg-in məlumatına əsasən, sözügedən çat-botun ən yüksək yeni istifadəçi faizi Hindistana aiddir
![microsoft-suni-zekanin-tesirlerini-incelemek-ucun-yeni-sobe-formalasdirib](https://static.technote.az/media/posts/thumbnail/20014351738489049.jpeg)
Süni İntellekt
Microsoft süni zəkanın təsirlərini incələmək üçün yeni şöbə formalaşdırıb
Microsoft şirkəti Advanced Planning Unit (APU) adlı yeni şöbəsinin yaradıldığını elan edib. Bu şöbə Microsoft AI şöbəsinin tərkib hissəsi olacaq və şirkətə süni zəkanın sosial, tibbi və əmək bazarına təsirlərini anlamaqda kömək edəcək.
![openai-aciq-menbeli-koda-sahib-layihelere-geri-done-biler](https://static.technote.az/media/posts/thumbnail/lp_logo_3.0.jpeg)
Süni İntellekt
OpenAI açıq mənbəli koda sahib layihələrə geri dönə bilər
Bir neçə yeni məhsulu təqdim etdikdən sonra OpenAI şirkətinin mühəndisləri və rəhbərliyi, o cümlədən CEO-su Sam Altman, Reddit platformasında bir neçə sualı cavablandırıblar. Şirkət rəhbəri OpenAI şirkətinin açıq mənbəli koda sahib layihələrə yanaşmasını yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib.
![o3-mini-suni-zeka-modeli-chatgpt-nin-butun-istifadecileri-ucun-istifadeye-verilib](https://static.technote.az/media/posts/thumbnail/r8hq2r8q.jpeg)
Proqram Təminatı
O3-mini süni zəka modeli ChatGPT-nin bütün istifadəçiləri üçün istifadəyə verilib
OpenAI şirkətinin CEO-su Sam Altman 2 həftə bundan öncə yeni nəsil böyük dil modeli o3 mini-nin məntiq yürütmə qabiliyyətinə malik olacağını və bir neçə həftə ərzində istifadəyə veriləcəyini vəd etmişdi. Və sözünə əməl etdi – OpenAI o3-mini-ni həm ChatGPT-də, həm də API xidmətlərində istifadəyə buraxdı.
Ən çox oxunanlar
![Splus.az - Azərbaycanın Əmlak Bazarında Yeni Bir Nəfəs!](https://static.technote.az/media/posts/thumbnail/WhatsApp_Image_2025-01-31_at_11.00.17.jpeg)
Splus.az - Azərbaycanın Əmlak Bazarında Yeni Bir Nəfəs!
![Android-də Dark Theme rejiminin imkanı genişləndirəcək](https://static.technote.az/media/posts/thumbnail/1_ObZQQZJeFB3oOo-hLwpdVQ.jpeg)