Uranın 4 böyük peyki daxilində okeanlar mövcud ola bilər

Uranın 4 böyük peyki daxilində okeanlar mövcud ola bilər

Süni zəka və Elm
05.05.2023 PAYLAŞIM

    Uran planetinin çoxlu sayda olan peyklərindən 4 ən böyüyü NASA-nın növbəti tədqiqat hədəfi olacaq. Sözügedən peyklərə tədqiqat missiyası artıq 2031-ci ildə reallaşdırıla bilər. Belə ki, aparılmış. yeni analizlərə əsasən Uranın peyklərinin səthlərinin alt hissəsində okeanlar mövcud ola bilər. Günəş sisteminin 7-ci planeti olan Uranın yaxınlığından indiyənə kimi yalnız bir kosmik aparat keçib. Söhbət, Voyager-2-dən gedir. O, Uran barəsində məlumatları hələ keçən əsrin 80-ci illərində Yer kürəsinə göndərmişdi. Həmin vaxtdan mütəxəssislər Uran və onun peykləri üzərində müşahidələri yalnız Yer kürəsindən reallaşdırıblar.

    Vaxtı ikən Voyager-2 tərəfindən göndərilmiş məlumatların təkrar analizi və yeni kompüter modelləşdirməsi vasitəsilə NASA mütəxəssisləri belə nəticəyə gəliblər ki, Uranın 4 böyük peyki nüvə ilə buzlu qabıq arasında okean layına sahibdir. Söhbət, Ariel, Ambriel, Titania Oberon adlı peyklərdən gedir. İlkin analizlərə əsasən adları sadalanmış bu peyklərin səthlərindən 10-larla km dərinlikdə okeanlar mövcuddur. Uran ümumilikdə 27 ədəd peykə sahibdir və onlardan ən böyükləri məhz bu peyklərdir. Heç istisna deyil ki, bu peyklərin daxillərində potensial olaraq yerləşən okeanlar həmçinin həyat növünün dəstəklənməsi üçün də münbit şəraitə sahib olsunlar.




DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..

×