Logo
    main-post-cover

    Wispr Flow Android-ə gəldi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, AI əsaslı səsli yazı (dictation) startapı Wispr Flow Android üçün rəsmi tətbiqini istifadəyə verib. Şirkət daha əvvəl Mac və Windows üçün tətbiqlərini təqdim etmiş, 2025-ci ilin iyun ayında isə iOS versiyasını buraxmışdı.
        iOS platformasında Wispr Flow xüsusi klaviatura vasitəsilə işləyirdi. Android-də isə interfeys fərqli yanaşma ilə təqdim olunur. İstifadəçi ekran üzərində üzən “floating bubble” vasitəsilə diktəni aktivləşdirə bilir. Bu balonu saxlayaraq danışmaq və ya bir dəfə toxunaraq yazını başlatmaq mümkündür. Prosesi dayandırmaq üçün isə sadəcə bağlama düyməsinə basmaq kifayətdir.
        Tətbiq yalnız səsin mətnə çevrilməsi ilə kifayətlənmir. Wispr Flow avtomatik olaraq lazımsız “filter” sözləri təmizləyir və danışığın məzmununa uyğun şəkildə mətni formatlayır. Yəni mesaj yazarkən başqa, email yazarkən isə başqa üslub tətbiq edə bilir.
        Şirkətin həmtəsisçisi və CEO-su Tanay Kothari bildirib:
    “Android bizə hər zaman qurmaq istədiyimiz səs təcrübəsini yaratmaq azadlığı verdi. Platforma maneə yaratmadıqda, səsli giriş mobil cihazlarda yazını real şəkildə əvəz edə bilər.”
        Wispr Flow 100-dən çox dili dəstəkləyir və digər tətbiqlər üzərində işləyə bilir. Android versiyası ilə paralel olaraq şirkət infrastrukturunu yenidən qurduğunu və bunun nəticəsində diktə sürətinin 30 % artdığını açıqlayıb.
    Paylaş