Logo
    main-post-cover

    2026-cı ilin ilk 4 ayında 160 mindən çox Asan İmza sertifikatı verilib

        2026-cı ilin yanvar-aprel ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 204 260 müraciət qəbul edilib. Bu müraciətlər üzrə ümumilikdə 339 770 xidmət göstərilib.
        Technote.az xəbər verir ki, xidmət mərkəzlərində ən çox həyata keçirilən əməliyyat xarakterli müraciətlərin ümumi xidmətlərdə xüsusi çəkisi 55,9% təşkil edib. Bu xidmətlərə bəyannamələrin təqdim olunması, fəaliyyətin dayandırılması və Asan İmza sertifikatlarının verilməsi daxil olub.
        Hesabat dövründə ümumilikdə 102 075 müraciət üzrə 160 121 Asan İmza sertifikatı təqdim edilib. Eyni zamanda vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi və obyektlərin qeydiyyatı ilə bağlı xidmətlər göstərilib.
        Yanvar-aprel aylarında vergi ödəyicilərinin 10,6 min yazılı müraciəti cavablandırılıb. Bundan əlavə, onlara 10,8 milyon məlumatlandırma xarakterli bildiriş göndərilib.
        Bu müddətdə 2 007 vergi ödəyicisinin iştirakı ilə 131 görüş keçirilib və 2 279 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Preventiv məlumatlandırma məqsədilə mobil nömrələrə ümumilikdə 2,9 milyon SMS göndərilib.
    Paylaş