Logo
    main-post-cover

    Azərbaycanda ilk “RobotChallenge” yarışının qalibləri müəyyənləşib

        Azərbaycanda ilk dəfə keçirilən “RobotChallenge” beynəlxalq robototexnika yarışının Azərbaycan mərhələsi başa çatıb. Yarış Gənclər və İdman Nazirliyi və “Azercell”in əsas dəstəyi ilə təşkil olunub.
        Technote.az xəbər verir ki, yarışda 600-dən çox iştirakçı200-dən çox komanda mübarizə aparıb. Yarış 7 əsas və 5 alt kateqoriya üzrə keçirilib.
        Yekun nəticələrə əsasən, 36 komanda mükafatçı olub. Həmin komandalar Azərbaycanı 6-9 avqust tarixlərində Çində keçiriləcək beynəlxalq mərhələdə təmsil etmək hüququ qazanıblar.
        “RobotChallenge” gənclərin robototexnika, proqramlaşdırma, mühəndislik və innovasiya sahələrində bilik və bacarıqlarının inkişafına yönəlmiş beynəlxalq platformadır. Yarış Çin mənşəli texnologiya təşəbbüsü kimi fəaliyyət göstərir.
        Layihə Azərbaycanın 2022-2026-cı illər üzrə Sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində müəyyən edilmiş hədəflərə xidmət edir. Təşəbbüs innovasiya ekosisteminin gücləndirilməsi və rəqəmsal bacarıqların inkişafını dəstəkləyir.
    Paylaş