Logo
    Azərbaycanda internet sürəti son bir ildə 30%-ə yaxın artıb

    Azərbaycanda internet sürəti son bir ildə 30%-ə yaxın artıb

        “Ookla” şirkətinin may ayı üzrə təqdim etdiyi “Speedtest Global Index” hesabatına görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,95 Mb/s, mobil internetin median sürəti isə 96,65 Mb/s olub.
        Technote.az xəbər verir ki, illik müqayisədə sabit genişzolaqlı internetin sürəti 12,70 Mb/s (16,03%), mobil internetin sürəti isə 22,82 Mb/s (30,91%) artıb. Hesabat ölkədə hər iki istiqamətdə sürət göstəricilərinin yüksəldiyini ortaya qoyub.
        Paytaxt Bakı üzrə sabit genişzolaqlı internetin median sürəti 92,19 Mb/s təşkil edib. Mobil internetin median sürəti isə 117,08 Mb/s səviyyəsində qeydə alınıb.
        İllik müqayisədə Bakıda sabit genişzolaqlı internetin sürəti 13,33 Mb/s (16,90%) artıb. Mobil internetin sürətində isə 26,20 Mb/s (28,83%) yüksəliş qeydə alınıb.
        Hesabatda qeyd olunan göstəricilər Azərbaycanın internet bağlantısı üzrə nəticələrinin yaxşılaşdığını göstərir. Məlumata görə, bu artım ölkənin qlobal internet reytinqlərində mövqeyinin yüksəlməsini təsdiqləyir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...